Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: “Hicabın yayılması ilə bağlı qanunun icrasında uğursuzluğa düçar olmuşuq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Hicabın yayılması ilə bağlı qanunun icrasında uğursuzluğa düçar olmuşuq”

İran rəsmisi: “Hicabın yayılması ilə bağlı qanunun icrasında uğursuzluğa düçar olmuşuq”


İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi iyulun 12-də jurnalistlərə açıqlamasında hökumətin ölkə qadınları arasında islami hicabı yaymaq işində göstərdiyi səylərin uğursuzluğundan danışıb.
Şəhindoxt Mövlaverdi deyib ki, cəmiyyətdə hicabı yaymaq üçün qadınlar arasında aparılan təbliğat gücləndirilməli, bu sahədə fəaliyyətin növü dəyişməlidir: “Təəssüflər olsun ki, bu gün cəmiyyətimizin gerçək durumuna baxanda görürük ki, biz qadınlar arasında hicabın təbliği və yayılması ilə bağlı qanunun icrasında nəinki heç bir uğur qazanmamışıq, hətta bu barədəki hədəflərdən gündən-günə uzaqlaşmışıq. Elə buna görə də, problemin səbəbini araşdırmaq üçün hökumətin mədəniyyət üzrə komissiyası bu məsələni gündəmə gətirib. Biz problemin həlli üçün ölkə prezidentinə bir sıra təkliflər də etmişik.

Nəyəsə etiqad və inam hər bir əməlin başlanğıcı sayılır. Nə qədər ki, insanda bir şeyə qarşı zehni hazırlıq və inam, həmçinin ürəkdən gələn bir etiqad hissi yaranmayıbsa, bizim həmin şəxsdən hansısa bir əqidə və fərizəyə sadiq qalmasını və onun qaydalarına əməl etməsini gözləməyimiz əbəsdir. Elə həmin səbəbə görə də hesab edirəm ki, əgər ölkədə islami örtüyün yayılması ilə əlaqədar səylərin nəticə verməsini istəyiriksə, indiki şəraitdə hicabla bağlı şüar xarakterli təbliğatdan uzaqlaşmalı, daha dərin və səmərəli bir mədəni fəaliyyətə başlamalıyıq”.

Geri dön