Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Həmin dövlətlərin həqiqətləri əks etdirən bəyanatlarla çıxış etməsi təqdirolunandır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Həmin dövlətlərin həqiqətləri əks etdirən bəyanatlarla çıxış etməsi təqdirolunandır”

Fərəc Quliyev: “Həmin dövlətlərin həqiqətləri əks etdirən bəyanatlarla çıxış etməsi təqdirolunandır”


Azərbaycan son aylar hüquqi müstəvidə Ermənistan üzərində qələblərinin sayının artırır. Belə ki, artıq Almaniya Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Almaniya Federal hökumətinin dünyada hüquq müdafiəsi siyasəti üzrə 11-ci hesabatında bildirilir ki, Ermənistan 1994-cü ildə atəşkəs sazişi imzalandığı andan işğal etdiyi, beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən də Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır. Bundan başqa, Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını şərh edərkən Böyük Britaniya parlamentinin üzvü Stefen Hepbörn da Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalı olunduğunu bildirib. ATƏT Parlament Assambleyası isə b ugünlərdə azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmaq hüququnu təsdiq edib. ATƏT PA-nın Helsinki sessiyasının nəticələri üzrə qəbul olunan yekun bəyannamədə deyilir: "Bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərti ilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi vurğulanır”. Bəyannamədə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsi də vurğulanır.

Millət vəkili Fərəc Quliyev bildirir ki, Avropadakı müəyyən dövlətlərin həqiqəti ifadə etmələri normal haldır, təəccüb doğurmamalıdır: "Çünki, bu dövlətlər BMT-nin üzvüdürlər. Hansı ki, BMT-nin də Qarabağla bağlı 4 qətnaməsi var. Həmin qətnamələrdə Ermənistanın işğalçı olduğu göstərilib. Həmin dövlətlər də bu qətnamələrə səs veriblər. Amma son zamanlar onlar tərəfindən Azərbaycana qarşı biganəlik var. İndi isə həqiqətləri əks etdirən fikirləri eşidəndə dünya dövlətlərinin öz siyasətlərinə redaktə etmək məcburiyyətində olduqlarını görürük. Çünki, Ermənistanın Rusiyanın forpostu olduğunu hər kəs anlayır. Eyni zamanda yeni dünya düzəninə mane olan dövlət kimi tanınır. Azərbaycan isə fərqli mövqe tutur. Görünür, Azərbaycan həm də Avropa Oyunlarının təqdimatında özümüzü tolerant ölkə kimi göstərə bildi. Bu mənada həmin dövlətlərin həqiqətləri əks etdirən bəyanatlarla çıxış etməsi təqdirolunandır. Əlbəttə ki, bizdən də adekvat münasibət görəcəklər”.

Mübariz BAYRAMOV

Geri dön