Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik”

Fərəc Quliyev: “Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik”


Prezidenti İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında beynəlxalq hüquq normalarının işləməməmsi məsələsinə də geniş toxunub: "Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır".
Bu o deməkdir ki, Azərbaycan hərbi sahədə mövqeyini daha da gücləndirəcək.

Millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycanın hərbi sahədə mövqeyinin daha da güclənməsi nəinki təkcə işğal altında olan hazırkı ərazilərimizin, habelə hazırda Ermənistan adlanan yerdə yerləşən əzəli torpaqlarımızın da azad olunmasına gətirib çıxaracaq : "Hazırkı dünyada görürük ki, haqlı olmaq kifayət etmir. Yəni, haqlı olan heç də həmişə güclü deyil, güclü olan haqlıdır. Hazırda dünya bu yerə gəlib çıxıb. Azərbaycan 25 ildən çoxdur ki, ədalət uğrunda mübarizə aparsa da, dünya hələlik bunu qəbul etmir. BMT kimi qurum işğal olunmuş torpaqlardan erməni qoşunlarının çıxarılmasına dair 4 qətnamə qəbul edib. Amma indiyə kimi bu qətnamələrin yerinə yetirilməsinə də nail olunmayıb. Görünür, təkcə haqlı olmaq kifayət deyil, güclü olub haqqı tələb etməyə ehtiyac vardır. Azərbaycan sivil əməkdaşlığı üstün tutur, beynəlxalq qanunlara əməl edir. Amma həm də güclü olub torpaqlarımızı azad etməliyik. Ordumuz sıyrılmış qılınc kimi döyüşə həmişə hazır olmalıdır. Dostlar, düşmənlər də başa düşməlidir ki, ölkəmizə xoş niyyətlə gələnlərə qucaq açacağıq, pis niyyətlə gələnlərin qarşısında isə qılınc kimi dayanacağıq. Hərbi gücümüzün artması ilə təkcə Dağlıq Qarabağ probleminin həllilə bağlı deyil, həm də digər əzəli torpaqlarımızın qaytarılması haqqında düşüncələrimizi ortaya qoyuruq.
Hesab edirəm ki, birinci mərhələdə ən azından son dəfə itirdiyimiz torpaqların geri qaytarılması haqqında düşünməliyik. Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik. Ölkəmizin buna imkanı da var. Həm insan amili olaraq gücümüz var, həm də lazımı digər resurslarımız var. Hesab edirəm siyasi iradə və kurs götürülərsə istənilən nəticəyə nail olmaq mümkündür”.

Rüfət NADİROĞLU

Geri dön