Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbin İrana təzyiqi artdıqca, Çin İran dilemması ilə üzləşməkdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qərbin İrana təzyiqi artdıqca, Çin İran dilemması ilə üzləşməkdədir

Qərbin İrana təzyiqi artdıqca, Çin İran dilemması ilə üzləşməkdədir


Əgər qərb Tehranı uran zənginləşdirilməsi proqramından imtina etdirmək istəyirsə İrandan 20 faiz neft alaraq onun ən böyük ticarət partnyoru olan Çinlə əməkdaşlıq vacibdir.

Lakin Çinin bu plan üzrə əməkdaşlıq edəcəyi qeyri-məlumdur.

MövzularTəhlil Yanvar ayının əvvəlində Amerikanın ticarət naziri Timothy Geithnerin Çinə səfəri vaxtı Pekin İran mövzusunda təkidlərə yatmayıb.

Lakin qərb və xüsusilə də Amerika ilə əlaqələrin əhəmiyyəti nəzərə alınsa Çin bu kimi təzyiqlərə məhəl qoymayaraq İranla adi qaydada əməkdaşlığını davam etdirə bilməz.

Çinin belə bir şəraitdə öz mənfəətlərinin necə qoruyacağını başa düşmək üçün bu ölkənin İran siyasətinin arxasında duran amilləri anlamaq vacibdir.

İqtisadi amillər

Çinə hər gün yarım milyon barel xam neft ixrac edən İran Pekinin enerji təchizatında sayca 3-cü ölkədir.

İran idxalının birdən-birə kəsilməsi Çin təchizatına böyük zərbə ola bilər.

Bundan əlavə Çin şirkətləri İranda kəşfiyyat və neft emalı layihələrinə milyardlara dollar qoyub.

Pekin qərb sanksiyalarına qatılsa potensial cəhətdən bu mənfəətli sazişləri əldən verə bilər.

Çin embarqonun BMT Təhlükəsizik Şurasından keçirildiyi təqdirdə ona qoşula bilərdi.

Lakin təşəbbüsün ABŞ və qərb ölkələrindən gəlməsi Çin tərəfindən beynəlxalq legitimliyin çatışmazlığı kimi qəbul olunur.

İsrailin nüvə cəbbəxanasına göz yummaqla İranın nüvə proqramını hədəfləmək Pekin üçün Amerikanın ikili standartlarından xəbər verir.

İki suyun arasında

Məhz bu səbəblərdən Çin indiyədək orta xətt tutmağa çalışıb.

İran proqramı Beynəlxalq Atom Energetikası Agentliyinin tələblərinə cavab verirsə Pekin üçün məqbul sayılır.

Pekin İran əleyhinə sanksiyaları ancaq onun beynəlxalq öhdəliklərini yerinə yetirmək baxımından dəstəkləyib.

Çin sanksiyalara şübhə ilə yanaşmaqla öz ənənəvi partnyorlarını qıcıqlandırmağının baha başa gələ biləcəyini dərk edir.

Amerika Avropa İttifaqından sonra Çinin ikinci ən böyük ixrac bazarıdır.

Pekin həmçinin İran nüvə proqramının qəti əleyhdarı olan və neft təchizatı baxımdan Çinin enerji təhlükəsizliyində Tehrandan daha vacib əhəmiyyətə malik Səudiyyə Ərəbistanın da fikrini nəzərə almalıdılr.

Çin praqmatik kursu seçərək çox güman ki, İran neftinin idxalını müxtəlif bəhanələrlə azaldaraq Səudiyyədən eyni həcmdə neft gətirilməsinə zəmanət almağa çalışacaq.

Qarışıq nüvə dramasında Çinin bundan artıq edəcəyi elə bir şey qalmır.

Geri dön