Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarı ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarı ilə bağlı bəyanat yayıb

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallar barəsində çıxarılan həbs qərarı ilə bağlı bəyanat yayıb


Beynəlxalq Əfv Təşkilatı güney azərbaycanlı milli-mədəni fəallar Hüseyn Əliməhəmmədi və Taha Kirmani haqda çıxarılan 10 illik həbs hökmü barəsində Bəyanat yayıb. Təşkilat yaydığı Bəyanatda məhkəmənin çıxardığı ədalətsiz qərarı kəskin şəkildə qınayıb. Azərbaycanlı fəallar İran bayrağını yandırmaqda ittiham edilərək 10 il həbs cəzasına məhkum edilib.
Məhkəmə qərarından öz nigaranlığını bildirən Beynəlxalq Əfv Təşkilatı bildirib ki, bu qərar ədalətsiz, siyasi hesablaşma və işgəncə altında verilən etirafa əsasən verilib.

Taha Kirmani Beynəlxalq Əfv Təşkilatına bildirib ki, sorğu-suala tutulduğu müddətdə möxtəlif formalarda təzyiq altında saxlanılıb, döyülüb və ağır işgəncələrə məruz qalıb.

Beynəlxalq Əfv Təşkilatı sonda İran rəsmilərindən azərbaycanlı fəalların azadlığını tələb edib və iddia olunan işgəncələrin araşdırılması və bu məsələdə müqəssirlərin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.

Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən də təsdiqlənib. Bununla da fəalların hər biri toplam olaraq 13 il həbs cəzasına məhkum edilib.

Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də (1393-cü il fərvərdinin 26-da) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O son dəfə 2015-ci il martın 1-də (1393-cü il isfəndin 10-da) yaxalanıb və Təbriz zindanına intiqal edilib.

Geri dön