Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP dəyirmi masa keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > MDHP dəyirmi masa keçirib

MDHP dəyirmi masa keçirib


Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə Mustafa Topçubaşovun anadan olmasının 120 illiyi ilə bağlı Dəyirmi Masa keçirilib. SİA-nın məlumatına görə, azərbaycanlıların Qərbi Azərbaycandan dəfələrlə deportasiyası, Qərbi azərbaycanlıların dəfələrlə yaşadığı faciələr, Beynəlxalq Hüquq çərçivəsində onların haqqları və eyni zamanda M. Topçubaşovun timsalında Qərbi Azərbaycan ziyalılarına həsr edilmiş “Qərbi Azərbaycan ziyalıları: Topçubaşov – 120” adlı Dəyirmi Masada ziyalılar, millət vəkilləri, dövlət adamları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, hər bir millətin milli hədəfləri olmalıdır. Tədbirin keçirilməsində məqsəd, Qərbi Azərbaycanı və toponimlərini unutmamaqdır. Bu məqsədlə Partiyada Azərbaycanın bölgələrini təmsil edən Departamentlər yaradılıb. Gələcəkdə Borçalı bölgəsinin insanlarının digər bölgələrin insanlarının çəkdiyi əziyyəti çəkməməsi üçün fəaliyyət göstərilir. Onların problemləri ilə maraqlanılır. Azərbaycanın bütün bölgələri Partiya üçün əhəmiyyət kəsb edir. Çünki, ölkənin itirilən hər bir qarış torpağı digər bölgənin də işğalının təməlini qoyur. Milli birliyə nail olmaq üçün çalışırıq. Milli düşüncə ətrafında birlik əldə etməli, hədəfimizi seçməliyik, milli arzularımızı ortaya qoymalıyıq.

Partiya sədri tarixi Azərbaycan torpağı olan İrəvan haqqında da danışdı. O vurğuladı ki, Cənab Prezident çıxışları zamanı nəinki Qarabağı, İrəvanı da xilas edəcəyimizi qeyd edir. Bu, böyük ideoloji irəliləyişdir. Artıq Avropanın mötəbər qurumlarında da İrəvanın tarixi Azərbaycan torpağı olduğu ifadə olunur.

Daha sonra isə tədbirdə iştirak edən qonaqlar çıxış ediblər. Topçubaşovun Azərbaycan elmində tutduğu yerdən danışıblar. Tədbir qeyri – rəsmi hissə ilə davam edib.


Orxan Faiqov

Geri dön