Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı millət vəkili Urmu gölünə ayrılan büdcənin seçki təbliğatına xərcləndiyi barədə növbəti dəfə xəbərdarlıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili Urmu gölünə ayrılan büdcənin seçki təbliğatına xərcləndiyi barədə növbəti dəfə xəbərdarlıq edib

Azərbaycanlı millət vəkili Urmu gölünə ayrılan büdcənin seçki təbliğatına xərcləndiyi barədə növbəti dəfə xəbərdarlıq edib


Urmiyənin İran parlamentindəki millət vəkili Urmu gölünə ayrılan büdcənin seçki təbliğatına xərcləndiyi barədə növbəti dəfə xəbərdarlıq edib.
Nadir Qazipur “Urom news”un müxbiri ilə danışıqda deyib:

“Urmu gölünü canlandırma mərkəzinin məsulları gölə ayrılan pulu öz mənafeyi uğrunda seçki təbliğatına xərcləyir və bunun nəticəsi olaraq Urmu gölü gündən-günə daha da məhv olur. Mən iki il öncə müsahibələrimin birində bildirmişdim ki, bunlar Urmu gölünə ayrılan büdcəni seçki təbliğatına xərcləyəcəklər.”

Millət vəkili xatırladıb ki, “məsələn Əli Dayinin Urmiyəyə dəvət olunması və onun səfəri üçün xərclənən pulu nəzərə alın. Bunun özü qarşıdan gələn seçkilərin təbliğatına yönəlmiş bir addımdır.”

N.Qazirpur sözlərini belə davam etdirib: “Qeyd etdiyim sebəblərə görə, biz cənab Bəhadurinin istefasını gözləyirik. O necə ki, parlament seçkilərində iştirak etmək üçün Valilikdə olan vəzifəsindən istefa verdi, eləcə də Urmu gölünü canlandırma mərkəzindən istefa versin. Beləliklə əhali arasında büdcənin seçki təbliğatına xərcləndiyi ilə bağlı şübhə də qalmaz.”

Geri dön