Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Nabucco” konsorsiumu Azərbaycana qaz nəqli üzrə təklif təqdim edib
“Nabucco” konsorsiumu Azərbaycana qaz nəqli üzrə təklif təqdim edib |
“Nabucco Gas Pipeline International” Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi konsorsiumunun qaz nəqli üzrə hərtərəfli təklifini təqdim edib.
“Nabucco Gas Pipeline International”ın idarəedici direktoru Reynhard Mitçekin sözlərinə görə, “Nabucco” konsorsiumu "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasil olunan qazın nisbətən daha yaxşı ixrac marşrutunu təqdim etdiyinə əmindir: “ “Nabucco” layihəsi kommersiya baxımında həyat qabiliyyətli və rəqabətə davamlıdır. O, həm tədarükçülər, həm də istehlakçılar üçün uğurlu vəziyyət təqdim edir”, - Mitçek deyib. "Nabucco" qaz kəməri layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium müxtəlif boru kəməri layihələrindən konkret təkliflərin təqdim olunmasının son tarixini 2011-ci il oktyabrın 1-nə təyin edib. Həmin təkliflər əsasında ilin sonunadək qaz nəqli marşrutu üzrə seçim ediləcək. Geri dön |