Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Obama: İran nüvə razılaşmasından sonra da bölgə üçün problem yaradan bir ölkə olaraq qalacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Obama: İran nüvə razılaşmasından sonra da bölgə üçün problem yaradan bir ölkə olaraq qalacaq

Obama: İran nüvə razılaşmasından sonra da bölgə üçün problem yaradan bir ölkə olaraq qalacaq


Obama deyib ki, Qərbin İranla apardığı nüvə danışıqları dünyaya təhdid sayılan böyük bir faciənin gerçəkləşdirilməsinin qarşısını alıb: “İran nüvə razılaşmasından sonra da bölgə üçün problem yaradan bir ölkə olaraq qalacaq. Lakin buna baxmayaraq bu ölkə ilə aparılmış nüvə müzakirələri böyük bir faciənin reallaşmasına, yəni Tehranın nüvə silahına yiyələnməsinə mane olub.

İranla nüvə danışıqlarının aparılmasına etiraz bildirənlər elə güman edirlər ki, ABŞ prezidenti bu müzakirələrə Amerikanın keçmiş prezidentinin müavini Dik Çeynini göndərməli idi. Onlar elə fikirləşirlər ki, əgər Çeyni müzakirələrə qatılsaydı, danışıqların nəticəsi indikindən daha yaxşı olar, hər şey yoluna qoyulardı. Lakin mən təkidlə bildirirəm ki, Amerika nəinki bu razılaşmadan heç bir ziyan görməyəcək, hətta onun növbəti prezidentinin əlində İranla bağlı seçimi də çoxalacaq”.

Qeyd edək ki, İranla 5+1 qrupu arasında aparılan 13 illik nüvə danışıqları iyulun 14-də Vyanada başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.

Geri dön