Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Lisani zindanın ən çətin bölümünə salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisani zindanın ən çətin bölümünə salınıb

Abbas Lisani zindanın ən çətin bölümünə salınıb


İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan tanınmış azərbaycanlı fəal Ərdəbil zindanının ən çətin bölümünə (bənd) salınıb.
1 illik həbs cəzasını çəkmək üçün həbs edilən Abbas Lisani zindanın 7-ci bölümünə salınıb. Məlumata görə, 7-ci bölüm narkomanlar (motadlar) və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir.

GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, A.Lisani öz ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, “bank və telefon kartı Abbas Əmani adı ilə çıxarılıb”. Bu məsələ cənab Lisaniyə olan həssasiyyət və qorxu ilə əlaqədar ola bilər.

Tanınmış azərbaycanlı fəalın həyat yoldaşı Ruqəyyə Əlizadə isə bildirib ki, sözügedən bölümdə məhbusların adi tələblərini qarşılamaq üçün heç bir imkan yoxdur. Məsələn yatmaq üçün yataq yoxdur və onlar otaq və karidorlarda yer üstündə yatırlar.

Qeyd edək ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəal iyulun 22-də Ərdəbil şəhərində öz iş yerinə getdiyi vaxt rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Azərbaycanlı fəal Urmu gölü etirazları ilə əlaqədar dosye ilə bağlı məhkum olunduğu bir illik həbs cəzasını çəkmək üçün saxlanılıb.

Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi martın 25-də (fərvərdinin 5-də) məhkəmə qərarını yazılı olaraq elan edib.

A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə (1390-cı il) Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq kimi qondarma ittihamlarla suçlanıb.

Azərbaycanlı fəal 2011-ci il sentyabrın 9-da (1390-cı il şəhrivərin 18-də) Urmu gölü etirazları zamanı Ərdəbildə yaxalanıb. O 55 gün Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsində saxlandıqdan sonra 100 milyon temənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Geri dön