Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Borçalı Türklərinin Elat Bayramına qutlama
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı, DAVAMın yazıları > Borçalı Türklərinin Elat Bayramına qutlama

Borçalı Türklərinin Elat Bayramına qutlama


Ürəyinizdə Günəş olsun! 

Azərbaycan ruhu, milli dəyərləri həm də bənzərsiz bəşəri dəyərlərdir. Bu dəyərlərin mayasında möhtəşəm İnsansevərliyimiz durur. 
Həmişə başqa uluslara insansevərlik göstərmişik. Xəlqi Ləyaqətimiz – bəşəri özümlüyümüzün təsdiqi olub əslində. Xalq olaraq dünyaya Zərdüştlüyün təmsil etdiyi İşıqçılığı, Babəkliyin təmsil etdiyi Fərəhçiliyi, Dədə Qorqudluğun təmsil etdiyi Ağsaqqallığı, Füzuliliyin təmsil etdiyi Aşiqliyi, Hürufiliyin – Nəimiliyin-Nəsimiliyin təmsil etdiyi İlahiliyi, Muğamatın təmsil etdiyi Kamilliyi, Sazın təmsil etdiyi Qüdrətlə Zərifliyin birliyini, bunların zirvəsi olaraq Asif Ata Ocağının təmsil etdiyi Mütləqçilik adlı milli dəyəri təqdim edirik. 
Borçalı Türklərinin Elat Bayramı qədim, yenilməz mahiyyətli xalqımızın dədə-babadan gələn ənənələrinin qorunması yönündə atılan ciddi addımdır. 
Asif Ata deyir ki, Yurd – Müqədəsləşən Məkandır. Dünyada çoxlu gözəl torpaqlar, ölkələr var, ancaq heç biri insana doğulduğu, böyüyüb boya-başa çatdığı el-obanın yerini vermir. 
Elat ruhlu bayram – köklü-köməcli adət-ənənəsi olan xalqımızın qədimliyini yaşatması deməkdir. 
Bayramsız xalq – yoxdur. Ancaq hər bayram xalqı təsdiq etmir. Xalq varsa, bayram var. Xalqın varlığının özünü bayram etmək gərək! Keçmişimizdən gələn, milli ruhumuzu təsdiq etdiyi dərəcədə də bəşəriliyə hava-su kimi gərək olan özəlliklərimizi göz-bəbəyimiz kimi qorumalı, artırmalı, bu özüldə yeni dəyərlər yaratmalıyıq! 
Bir xalq olaraq Halallığımız, Mərdliyimiz – üzağlığımızdır. Qoy Elat ruhu yaşasın, bu, xalqımızın yaşaması demək olacaq! 
Hamınızı qutlayıram!

Geri dön