Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Lisaninin azad edilməsi tələb olunur (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisaninin azad edilməsi tələb olunur (video)

Abbas Lisaninin azad edilməsi tələb olunur (video)


Təbriz və Kərəc şəhərlərində divarlar üzərində şüarlar yazıldı


Azərbaycan Milli Hərəkat fəalları tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azad edilməsini tələb edir.
Əldə etdiyimiz məlumata görə, Təbriz və Kərəc şəhərlərində A.Lisaninin azadlığa buraxılması ilə bağlı şüarlar yazılıb. Divarlar üzərində “Abbas Lisani rəhbərimizə azadlıq”, “Haray haray mən türkəm” və s. kimi şüar yazılıb. Şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlmək mümkündür.

Xəbər verdiyimiz kimi, tanımış azərbaycanlı milli-mədəni fəal A.Lisani İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən milli-mədəni fəal zindanın 7-ci bölümünə salınıb. 7-ci bölüm narkomanlar (motadlar) və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca ağırdır.

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal aktiv mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb. Ötən illərdə Beynəlxalq Əfv Təşkilatı, məhbusların hüquqlarının müdafiə qurumu və müxtəlif insan haqları təşkilatları A.Lisani ilə bağlı bəyanatlar yayıb və azərbaycanlı fəalın vəziyyəti ilə bağlı öz nigaranlıqlarını bildiriblər.

VİDEO:


Geri dön