Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə öldürülən məşhur mütəxəssis həkimin qətlininin səbəbi araşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə öldürülən məşhur mütəxəssis həkimin qətlininin səbəbi araşdırılır

Ərdəbildə öldürülən məşhur mütəxəssis həkimin qətlininin səbəbi araşdırılır


İyulun 23-də (mordadın 1-də) Güney Azərbaycanın Ərdəbil şəhərində məşhur mütəxəssis həkimin qətlə yetirilməsinin səbəbi araşdırılır, lakin günümüzə qədər bu məsələyə aydınlıq gətirilməyib.
Onkologiya və xərçəng üzrə mütəxəssis doktor Əsğər Pirzadə iyulun 23-də Ərdəbil şəhərinin Sina şəhərciyində 23 yaşlı bir gənc tərəfindən bıçaq zərbələri ilə qətlə yetirilib. Müttəhim yaxalansa da onun barəsində və qətlin səbəbi haqda dəqiq məlumat yayılmayıb.

GAMAC təşkilatının rəsmi saytında yayılan məlumata görə, Ərdəbil prokuroru bildirib ki, “bu qətlin həkimlə xəstə arasında olan münasibətlərə heç bir əlaqəsi yoxdur. Qatil 23 yaşlı bir öyrəncidir. O şəxsi münasibətlərə görə həkimi evinə dəvət edib və sonra bu cinayət baş verib. Evdə baş verən hadisələr araşdırılır.”

Nasir Ətəbati vurğulayıb ki, “qətlin səbəbi hələlik dəqiq aydınlaşmayıb, ona görə də əhali sosial şəbəkələrdə yayılan şayiələrə inanmasınlar.”

Bəzi saytların yaydığı məlumata görə, hadisə ilə bağlı Ərdəbil həkimləri iyulun 25-də (mordadın 3-də) etiraz aksiyası keçirəcək. Məlumatda bildirilir ki, həmin gün həkimlər işə çıxmayacaq.”

Bu arada Ərdəbil tibb universitetinin rəisi və bu şəhərin imam cüməsi əhalini səbirli və təmkinli olmağa çağırıb və araşdırılmaların nəticəsi bəlli olmadan onları önyarqılardan uzaq olmağa çağırıblar.

Geri dön