Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Güney Azərbaycanda milli fəalların həbsi davam edir Azərbaycan tanınmış milli fəalı Ruzbeh bəy Səadətinin tutuqlanmasından bir iki saat keçməmiş Miyana şəhərində ikinci tutuqlama baş verdi. Məhəmməd Əhədi də İttilaat məmurları tərəfindən tutuqlandı. Bu tutuqlama heç bir məhkəmə izni olmadan baş vermiş. Məhəmməd bəyin harada saxlanıldığı haqqında heç bir bilgi əldə yoxdur.Məhəmməd bəy Əhədi, Təbriz dövlət universitəsində Əkinçilik mühəndisliyi üzrə təhsil almış və Azərbaycan Tanıtım Ocağının çalışqan üzvlərindən olmuşdur. Məhəmməd bəy, bundan öncə də milli fəaliyyətlərinə görə dəfələrlə tutuqlanmışdır.Bu aktivistlərin tutuqlanma səbəbi ilə bağlı heç bir bilgi əldə yoxdur. Yaxın zamanda bu tutuqlamalar haqqında daha geniş bilgiləri yayımlamağa çalışağıq. Təbrizin Eynalı Dağındakı yığıncaq milli etirazlar səhnəsinə çevilirib Təmiz hava qəbul etmək üçün Təbrizin Eynalı dağına toplaşan soydaşlarımızın yığıncağı milli etirazlar səhnəsinə çevirilib.Məlumata görə, iki gün öncə həyata keçirilən yığıncaq Azərbaycan müsiqisi ilə başlayıb və mərasim iştirakçıları şənlik ediblər.Lakin, biraz sonra məsullar tərəfindən Azərbaycan musiqisi kəsilib və Fars musiqisi qoyulub. Fars musiqisi başlayınca, orda bulunan 3000 nəfər soydaşımız “bağla – bağla” deyə səsləniblər. Ancaq, məsullar soydaşlarımızın etirazına qulaq asmayıblar. Bundan sonra gənclər qar topu ilə çıxışçılar və təşkilatçılara hücum ediblər.Məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və bir neçə soydaşımız saxlanılıb. Güney Azərbaycan Milli Hərəkat fəalları İbrahim Rəşidi və Əfşin Şəhbazi Təbrizdə həbs edilib Güney Azərbaycanın Tanınmış jurnalist və insan haqları fəali mühəndis İbrahım Rəşidi ( Savalan) və Azərbaycan milli fəalı Əfşin Şahbazi Təbriz şəhərində tutuqlanmış və bəlli olmayan bir istiqamətə aparılmışlar. Alınan xəbərlərə əsasən bu tutuqlama Muğanlı Azərbaycan milli fəalı Əfşin Şahbazinin Təbrizdəki evində 23.01.2012-ci il Təbriz vaxtilə saat 16:30- da baş vermişdir. Mühəndis İbrahım Rəşidi(Savalan) dəfələrlə İttilaat məmurları tərəfindən tutuqlamış, işkəncəyə məruz qalmış və zindanda saxlanılmışdır. Hələ də İbrahım bəyin, milli fəaliyyətlərinə görə Azərbaycanın bir neçə şəhərində məhkəmə işləri davam edir. Mühəndis İbrahım Rəşidi, Azərbaycan Türkcəsi və sosyologiya üzrə öyrətmən, Şəhriyar ədəbiyyat dərnəyinin qurucularından və keçmiş katibi olmuşdur. İbrahım bəy həm də Azərtorpaq qeyri- hökümət təşkilatının qurucularından, Pro. Zehtabi, Səttarxan və dil və etnik qurultaylarının katibi olmuşdur. İbrahım bəy, Ulduz və Bulud dərgisinin məsulu , Baxış və Oyanış dərgisinin redaksiya heyətində olmuş və bir çox yazıları Güney Azərbaycanın fərqli dərgilərində o cümlədən Bayram , Laçın və bir çox dərgilərdə çap edilmişdir. Əfşin Şahbazi, Azərbaycan milli hərəkətinin fəalı, Azərbaycan tanıtım ocağının fəal üzvü və Təbriz universitəsinin əkinçilik mühəndisliyi üzrə öyrəncisidir. Əfşin bəy də İttilaat məmurları tərəfindən dəfələrlə tutuqlanmış və təzyiqlərə məruz qalmışdır. Əfşin Şahbazi bundan öncə Azərbaycanın Sulduz şəhidlərinin il dönümü mərasimindən qayıdanda və Urmu gölünün qurudulmasına etirazlarda tutuqlanmışdı. Həm də Əfşin bəy, universitədə fəaliyyətlərinə görə Təbriz universitəsinin qoruqçularının İttilaat məmurları ilə birgə hədələnmiş və bunun ardınca öyrəncilər üçün imkanlardan məhrum qalmışdır. Əfşin Şahbazi , Təbriz universitəsinin milli fəallarından olan Mehrdad Kərəminin tutuqlanmasına etiraz edənlərdən olmuş və bu qanunsuz tutuqlama ilə bağlı məqalələr yazmışdır. Təbriz universitəsinə hakim olan basqı , milli fəallara təzyiqi artırmışdır. “Traxtur” komandası və onun baş məşqçisi cəzalandırıldı İranın Futbol Federasiyasının İnzibati Komitəsi Təbrizin “Traxtur” futbol takımı və onun baş məşqçisi (sər murəbbi) Əmir Qələnoini cəzalandırıb.İnzibati Komitənin bu qərarı Qumda “Traxtur”la “Səba” takımları arasında keçirilən müsabiqə ilə əlaqədardır. “Traxtur” məşqçilərindən olan İman Alemiəhəd də hakimin nəzərdə tutduğu müəyyən səbəblərə görə, takım üzvləri arasından uzaqlaşdırılıb və 500000 tümən cərimə edilib.Baş məşqçi Əmir Qələnoi də sözdə bəzi rəftarlarına görə, hakim tərəfindən müsabiqə yerindən uzaqlaşdırılıb. Bu səbəblərə əsasən, Qələnoi 3 milyon tümən cərimə və növbəti 1 müsabiqədə öz takımını müşayiət etməkdən məhrum edilib.Həmçinin inzibati komitə bir sıra tamaşaçıların xətasına görə “Səba” və “Traxtur” takımlarını 3 milyon tümən cəriməyə məhkum edib. Güney Azərbaycanın tanınmış milli fəalı Şəhram Radmehr həbs olunub Yanvar ayının 23-ü, Güney Azərbaycan milli fəalı Mühəndis Şəhram Radmehr ,Meşkin Şəhərində (Xiyovda) İran İttilaat məmurları tərəfindən tutuqlandı. Bu milli fəalın haraya aparıldığı haqqında heç bir bilgi əldə yoxdur. Ola bilsin, bu milli fəalın tutuqlanması Şəhram bəyə məhkəməyə tərəfindən çıxarılmış 6 aylıq həbs qərarı ilə bağlı olsun. Tanınmış milli fəal Şəhram Radmehr indiyə qədər dəfələrlə tutuqlanmış və aylarca işkəncəyə məruz qalmışdır. Bundan öncə o, keçən il May qıyamlarının il dönümündə bu təşkilatın digər 15 üzvü ilə birlikdə tutuqlanaraq, 148 gün Təbriz İttilaatında sorğulanaraq, işkəncəyə məruz qalmışdı. Təbrizin İnqilab məhkəməsi tərəfindən 220 min dollarlıq girov qarşılığında buraxılan Şəhram bəy Radmehr, sonra İran dövlətinə qarşı qrup yaratmaqla milli təhlükəsizliyə qarşı çıxmaq ittihami ilə mühakimə olaraq 6 ay həbsə məhkum oldu. bu məhkəmə ilə ilgili Yünis Süleymani və bir neçə başqa fəal indilikdə zindandadır. ABŞ, İran Ticarət Bankına Sanksiya Tətbiq etməyə Başladı ABŞ rəhbərliyi, İranın üçüncü böyük bankı olan İran Ticarət Bankına sanksiyanı tətbiqə başladığını açıqladı. ABŞ rəhbərliyi, İranın üçüncü böyük bankı olan İran Ticarət Bankına sanksiya tətbiqə başladığını açıqladı. Xəzinə Nazirliyindən edilən açıqlamada, İran Ticarət Bankı ilə mərkəzi Belarusda olan Trade Capital Bankının, İranın nüvə silah proqramındakı gördükləri işlər səbəbiylə onsuz da sanksiya altında olan digər İran bankları və şirkətlərinə maliyyə xidmət təmin etdikləri üçün qara siyahıya alındığı bildirildi. ABŞ Xəzinə Nazirliyinin Terrorizm və Mali Kəşfiyyatdan Məsul Məsləhətçisi David Cohen açıqlamada, "Bu gün İran Ticarət Bankına qarşı başlanan sanksiyalar, bu ölkənin maliyyə izolyasiyasını daha da dərinləşdirəcək, güclü pula daxil olmasını daha da çətinləşdirəcək və qeyri-qanuni nüvə proqramını maliyyələşdirmək imkanını daha da azaldacaq" ifadəsini işlətdi. Avropa Birliyi və BP: ABŞ-ın İrana qarşı sanksiyaları “Şahdəniz-2” layihəsinə aid edilməməlidir Avropa Birliyi (AB) və Böyük Britaniyanın rəsmi şəxsləri bəzi amerikalı qanunvericiləri inandırıblar ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların BP-nin əsas operatoru olduğu “Şahdəniz-2” qaz layihəsinə toxunmamalıdır. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzet yazır ki, dekabr ayında Böyük Britaniya Xarici İşlər Nazirliyinin, AB və BP-nin nümayəndələri ABŞ qanunvericilərinə müraciət edərək, ABŞ-ın İrana qarşı yeni sanksiyalarının “Şahdəniz-2” layihəsinə aid edilməməsini xahiş ediblər. onlar konqresmenlərin bu layihəyə toxuna biləcək bütün təkliflərini diqqətlə izləyirlər. məqalədə qeyd olunur ki, bu il ABŞ-da seçki ili olduğundan, İrana qarşı sanksiyalar siyasi xal yığmaq vasitəsinə çevrilə bilər. “ABŞ Nümayəndələr Palatasında və Senatda belə bir geniş konsensus müşahidə olunur ki, bizim sanksiya siyasətimiz İrana maksimum iqtisadi zərbə vurmalıdır, amma bu zaman Rusiyanın enerji nəqli baxımından Şərqi Avropanı girov saxlamağına da imkan verilməməlidir” - deyə BP-nin lobbiçilik təşəbbüsü ilə tanış olan Konqresdəki mənbə bildirib. Qeyd edək ki, İranın “Naftiran Intertrade Co.” şirkəti 10%-lik payla “Şahdəniz-2” layihəsinin iştirakçısıdır. Layihənin əsas səhmdarları isə hər biri 25,5% paya sahib olan BP və “Norway’s Statoil ASA” (Norveç) şirkətləridir. İsmayıl Kövsəri: “İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq” “Avropa Birliyinin qəbul etdiyi yeni sanksiyalar nəticəsində İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq”.Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini, millət vəkili Məhəmməd İsmayıl Kövsəri deyib. Onun sözlərinə görə, İran neftinin satışına maneə törədəcək hər hansı bir addım Hörmüz boğazının bağlanması ilə nəticələnəcək və ABŞ-la müttəfiqləri belə boğazı yenidən açmağa nail ola bilməyəcəklər: “Biz rəsmi Vaşinqtona hər hansı bir hərbi macəraya cəhd göstərməməsi barədə də xəbərdarlıq edirik”. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri, deputat Heşmətullah Fəlahətpişə isə hansısa bir təhdid vəziyyətində Hörmüz boğazını bağlamağın İranın haqqı olduğunu bəyan edib: “İran hələ bölgədəki ən əhəmiyyətli enerji üstünlüyündən istifadə etməyib. Təhdid edildiyimiz şərtlərdə Hörmüz boğazının bağlanılmasını qiymətləndiririk. Çünki Fars körfəzinin 2/3-si İrana məxsus olduğundan onun təhlükəsizliyini təmin etmək də rəsmi Tehranın səlahiyyətindədir”. İran parlamentinin enerji komissiyasının üzvü, millət vəkili Əli Adanı vurğulayıb ki, İran neftinə sanksiya tətbiq olunması yalnız bəzi avropalı və amerikalı siyasətçilərin işinə yarayacaq: “Biz sanksiyalara baxmayaraq, hər hansı bir ölkəyə neft satmağa davam edəcəyik. Embarqolar böyük ehtimalla neftin qiymətlərində artıma səbəb olacaq”. İran parlamentinin enerji komissiyasının digər üzvü, deputat Həsən Şabanpur Avropa Birliyinin qərarını yanlış addım hesab edərək, Səudiyyə Ərəbistanının İrana tətbiq olunacaq neft sanksiyasının səbəb olacaq boşluğu dolduracaq gücə sahib olmadığını vurğulayıb. İranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Əli Fəllahian isə sanksiyalara qarşı veriləcək ən yaxşı cavabın Avropanın İranın alternativini tapmadan bu qitənin ölkələrinə neft ixracını kəsmək olduğunu bəyan edib: “İxracı dərhal kəsməyimiz Avropanın sanksiya planlarını alt-üst edər”. İranın sabiq neft naziri Seyid Kazım Vəziri Hamanə deyib ki, Avropa ölkələri sanksiyalara baxmayaraq İran neftinin satılacağına əmin olsunlar: “Çünki İranın xam neftinin keyfiyyətinin Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC üzvü olan digər ölkələrin nefti ilə müqayisə edilməsi mümkün deyil. Avropa Birliyinin qərarı dünya bazarlarındakı xam neft qiymətində ani və yüksək bir artıma da səbəb olacaq”. Onun sözlərinə görə, İran neftinin satışına sanksiya tətbiqi yalnız Avropadakı böyük neft istehlakçılarına zərər vuracaq: “İran neftinin müştəriləri Qərbin İran neftinə sanksiyasına qarşıdırlar. Böyük neft istehlakçıları olan Çin, Hindistan və Cənubi Koreya İran neftinə sanksiya tətbiqindən kənarda qalıblar. Qərb İran neftinin müştərisiz qalmayacağına əmin olmalıdır. Dünyanın İran neftinə ehtiyacı var və neft istehlakçılarının hamısı bazarlarda ciddi böhran yaşanmasının qarşısının alınması üçün artıq addımlar atmağa başlayıblar”. Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinin xarici işlər nazirləri İran neftinə embarqo tətbiq olunması və yeni sanksiyaların həyata keçirilməsi barədə qərar qəbul ediblər. İndiyədək qurum üzvləri İranda 433 hüquqi və 113 fiziki şəxsin bank hesablarını dondurub. Avropa Birliyi 2011-ci ilin ilk on ayında İrandan hər gün 600 min barel neft idxal edib. Ümumilikdə İranla qurum arasında 2011-ci ilin ilk 9 ayında ticarətin həcmi 19.3 milyard avro olub. İran bu müddət ərzində Avropa Birliyindən neft ehtiyacının 4.5% qədərini qarşılayıb. Qurum İrana 7.6 milyard avro məhsul ixrac edərkən, İrandan da 11.4 milyard avro məhsul ixrac edib. Geri dön |