Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 2 milyondan çox insan Təbriz şəhərindən köçməli olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 2 milyondan çox insan Təbriz şəhərindən köçməli olacaq

2 milyondan çox insan Təbriz şəhərindən köçməli olacaq


Urmiya gölünün bərpası üçün yaradılan qərargahın icraiyyə işləri üzrə rəhbəri İsa Kəlantəri iyulun 27-də jurnalistlərə açılamasında gölün yenidən bərpası üçün aparılan fəaliyyətlərdən və bu istiqamətdə olan mövcud maneələrdən danışıb.
İsa KIəlantəri deyib ki, Urmiya gölünün yenidən bərpası yollarını araşdırmaq üçün 12 nəfərlik iranlı ekspertlər qrupu Amerikaya səfər edib. Onun dediyinə görə, bu heyət Amerikada Urmiya gölünun indiki vəziyyətində olan 4 gölün üzərində araşdırmalar aparmaqla yanaşı amerikalı mütəxəssislərlə bu məsələ barədə fikir mübadiləsi aparıb: “Başqalarının təcrübəsindən yararlanmaq üçün bu kimi səfərlər davam etdirilməlidir. Hesab edirik ki, Urmiya gölünün bərpası məqsədilə iranlı və xarici alimlərin birgə əməkdaşlıq aparması üçün maliyyə baxımından məhdudiyyət yoxdur.

Amerikaya səfərdə əsas iki mühüm hədəf nəzərdə tutulub. Biz bu ölkənin oxşar problemin həlli ilə bağlı əldə etdiyi faydalı təcrübəsindən istifadə etməli, onların səhv təcrübələrini isə bir qırağa qoymalıyıq.

Hazırda Urmiya gölünün ətrafında 5 milyona yaxın insan yaşayır. Göl tamamilə qurusa, 2 milyondan çox insan təkcə Təbriz şəhərindən köçüb yerbəyer edilməli olacaq. Halbuki bu gün biz Təbriz şəhərindən başqa Urmiya şəhərinin də duz fırtınalarının hücumuna məruz qaldığının şahidiyik. Biz oturub Təbriz və Urmiya şəhərlərinin məhv edilməsindən sonra əməliyyata başlaya bilmərik. Əgər problemə laqeyd yanaşsaq, artıq 5-10 ildən sonra İran adlı bir ölkə də qalmayacaq ki, biz onun bərpasına çalışaq.

Reallıq isə budur ki, hazırda quraqlıq nəticəsində Xorasan, Kirman və Həmədan əldən gedib. Azərbaycan əyalətləri də əldən getmək ərəfəsindədir. Biz oturub şəhərlərin məhv edilməsinin şahidi ola bilmərik. Hazırda ölkənin 40-50 gölü və gölməçəsindən hətta biri də sağ qalmayıb. Elə buna görə də biz məsələyə həssaslıqla yanaşmalı, problemin aradan qaldırılması üçün ciddi tədbirlər görməliyik”.

Geri dön