Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Doktor Əsğər Pirzadənin öldürülməsi ilə bağlı zidiyyətli xəbərlər yayılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Doktor Əsğər Pirzadənin öldürülməsi ilə bağlı zidiyyətli xəbərlər yayılır

Doktor Əsğər Pirzadənin öldürülməsi ilə bağlı zidiyyətli xəbərlər yayılır


Xəbər verdiyimiz kimi, iyulun 23-də (mordadın 1-də) Güney Azərbaycanın Ərdəbil şəhərində Onkologiya və xərçəng (sərətan) üzrə məşhur mütəxəssis doktor Əsğər Pirzadə öldürülüb.
Son günlərdə sözügedən qətl hadisəsi ilə bağlı müxtəlif və ziddiyyətli xəbərlər yayılır.

Bu gün səhər Vilayət Təmin Şurası mərhum Pirzadənin qətli ilə bağlı Bəyanat yayıb:

“Təəssüflə bəzi şəxslər, xəbər saytları və media orqanları tələsik və öz şəxsi ehtimalları əsasında vəya etibarsız mənbələrə istinadən yalnış məlumat yayaraq cəmiyyət arasında təşviş yaradıblar. Şübhəsiz ki, qanunu pozanlarla bağlı lazımi tədbir alınacaq.

Yayılan xəbərlərə rəğmən hadisə xəstəxanada deyil, xəstənin evində də deyil və həkimin iş yerində də baş verməyib. Həmçinin baş verən hadisə qatillə qətlə yetirilən şəxsin arasındakı hərhansı bir peşə münasibəti ilə əlaqədar deyil.

Doktorun qatilin evinə getməsi şəxsi və özəl iş üçün baş tutub və onların arasında yaranan qarşıdurmada doktor Pirzadə bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisə polis və məhkəmə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.”

Bu arada Ərdəbil prokuroru Vilayət Təmin Şurasının iclasında bildirib ki, “doktor Pirzadənin qatili təcridxanada özünə qəsd etmək istəyib, lakin məmurlar vaxtında çatıb və bu işin qarşısını alıblar.”

Bildirək ki, hadisə baş verən gün məsul şəxslər verdikləri açıqlamada bildirib ki, “bu gün (hadisənin baş verdiyi gün nəzərdə tutulur) doktor Əsğər Pirzadə xəstəsini müalicə etmək üçün xəstəxanadan bir neçə saatlıq məzuniyyət alıb. Həkim xəstənin yanında olan 23 yaşlı bir gəncin hücumuna məruz qalıb və bıçaq zərbələri ilə qətlə yetirilib.”

Qeyd edək ki, bəzi şərhçilər Pirzadənin öldürülməsini olduqca şübhəli hesab edir. Doktor Pirzadə Ərdəbil vilayəti əhalisinin içməli suyunun radioaktiv və xərçəngə səbəb olan maddələrlə çirklənməsini ciddi şəkildə araşdırıb və Savalanın Jeotermal stansiyasından təbii uranın çıxarılması ilə bağlı rejimin qeyri-insani siyasətini ifşa etməyə çalışıb. Bu cəhətdən tanınmış həkimin rejimin qəzəbinə tuş gəldiyi ehtimal edilir.

Geri dön