Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > ASAİF: Fransa istehsalı olan hər cür əmtəə və müxtəlif malların alınmasını, ciddi zərurət olmadan bu ölkəyə turist ziyarətlərini bu qanun ləğv olunana qədər dayandırırıq
ASAİF: Fransa istehsalı olan hər cür əmtəə və müxtəlif malların alınmasını, ciddi zərurət olmadan bu ölkəyə turist ziyarətlərini bu qanun ləğv olunana qədər dayandırırıq |
Dünən Fransada erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanunun müzakirəsi zamanı Senatın qarşısında baş tutan etiraz aksiyasında Azərbaycan gəncləri fəal iştirak ediblər.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun – ASAİF-dən verilən məlumata görə, qurumun Avropa ölkələrində olan nümayəndəlikləri Fransada və yaxın ölkələrdə yaşayan və təhsil alan gənclərin həmin gün aksiyada fəal iştirakını yüksək səviyyədə təşkil edib. ASAİF nümayəndələri Fransanın yerli telekanalları ilə bərabər, bir neçə Türkiyə telekanallarına da müsahibə verərək Azərbaycan gəncliyi adından qanunun qəbuluna öz etirazlarını bildiriblər. Aksiyada bəyanat qəbul olunub. Bəyanatda bildirilir: “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAİF olaraq, Azərbaycandan kənarda dünyanın ən nüfuzlu ölkələrində təhsil alan və məzun olmuş minlərlə gəncin ən geniş şəbəkəsi adından Fransanın erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qəbul etdiyi qanunu qəti şəkildə pisləyir və bu addımın Fransa-Türkiyə, həmçinin Fransa-Azərbaycan münasibətlərinə son dərəcə mənfi təsir göstərəcəyini bəyan edirik. Ziyalı Azərbaycan gəncləri olaraq demokratik Avropa dəyərlərinə zidd hərəkət edən Fransada demokratiya və söz azadlığı dəyərlərinin olduğuna ciddi şübhə ilə yanaşır, bu ölkəyə olan inam və etibarımızın yox dərəcəsinə çatdığını bildirmək istəyirik. Dünyaya söz azadlığı, insan hüquqları, hüququn aliliyi, məsələlərə elmi və konseptual yanaşma kimi mühüm aspektləri təbliğ edən Avropa Birliyinin Fransanın bu birliyə üzvlüyü məsələsinə yenidən baxılmasını tələb edirik. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın qeyri-konstruktiv addımlarının səbəbləri artıq açıq şəkildə bizə məlum olduğuna görə, adı çəkilən dövlətin bu qrupa üzvlüyü müzakirəsiz ləğv olunmalıdır. Yüksək təhsilli və Vətəni sevən gənclər olaraq bəyan edirik ki, Fransa istehsalı olan hər cür əmtəə və müxtəlif malların alınmasını, ciddi zərurət olmadan bu ölkəyə turist ziyarətlərini bu qanun ləğv olunana qədər dayandırırıq. Bu bir daha sübut etdi ki, erməni lobbisi yalanlar və mif üzərində qurduğu məsələləri yorulmadan təbliğ edir və bəzən öz yalanlarına dünya ictimaiyyətini aldatmaq vasitəsi ilə inandırır. Azərbaycanlı gənclər olaraq erməni yalanının qarşısının alınmasında, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında və bütün reallıqların dünya ictimaiyyətinə ermənisayağı deyil faktlarla çatdırılmasında işlərimizi daha intensiv şəkildə davam etdirəcəyimizi bəyan edirik”. Geri dön |