Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Lisaninin iş yeri bağlanıldı, onun ailə üzvlərinə təzyiq edilir!
Abbas Lisaninin iş yeri bağlanıldı, onun ailə üzvlərinə təzyiq edilir! |
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları hazırda Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı fəalın iş yerinə müraciət edib və mağazanı möhürləyiblər.
Məmurlar iyulun 26-da (mordadın 5-də) Abbas Lisaninin iş yerindəki qonşu mağazalara müraciət edib və onun oğlunun iş yerini soruşublar. A.Lisaninin iş yerini bağlayan məmurlar, bundan sonra onun oğlu Əli Lisaninin işlədiyi restorana gediblər. Məlumata görə, məmurlar restoran sahibini təhdid edərək Ə.Lisaninin işdən çıxardılmasını tələb ediblər. Xəbər verdiyimiz kimi, tanımış azərbaycanlı milli-mədəni fəal A.Lisani İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən milli-mədəni fəal zindanın 7-ci bölümünə salınıb. 7-ci bölüm narkomanlar və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca ağırdır. Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi martın 25-də (fərvərdinin 5-də) məhkəmə qərarını yazılı olaraq elan edib. A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə (1390-cı il) Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq kimi qondarma ittihamlarla suçlanıb. Azərbaycanlı fəal 2011-ci il sentyabrın 9-da (1390-cı il şəhrivərin 18-də) Urmu gölü etirazları zamanı Ərdəbildə yaxalanıb. O 55 gün Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsində saxlandıqdan sonra 100 milyon temənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Geri dön |