Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbilli mütəxxəsis həkimin öldürülməsinin əsas səbəbi...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilli mütəxxəsis həkimin öldürülməsinin əsas səbəbi...

Ərdəbilli mütəxxəsis həkimin öldürülməsinin əsas səbəbi...


Savalan dağının ətrafında əhalinin yarısı xərçəng xəstəliyinə tutulub. Bölgə sularının radioaktiv maddələrlə çirklənməsi və xərçəng xəstəliyinə tutulanların sayının artması xəbəri təhlükəsizlik və polis qüvvələri tərəfindən senzura və kontrol olub və olmaqdadır.
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və Rus şirkətləri tərəfindən uranyumun çıxarılması nəticəsində Ərdəbil və Savalan ətrafında bölgə sularının radioaktiv maddələrlə çirklənməsi faciəsi Çernobıl faciəsinə bərabərdir.

Onkologiya və xərçəng üzrə məşhur mütəxəssis doktor Əsğər Pirzadə Savalan ətrafında əhalinin bu qədər xərçəngə tutulması və yaxın şərqdə birinci yeri tutması barədə araşdırma aparıb və nəticə onun üçün aydın olmuşdur.

O, uzun müddətdir Savalan ətrafında suların radioaktiv maddələrə bulaşması barədə vilayət və ölkə rəhbərliyinə xəbərdarlıq edib. Onun bu insani faciənin –hansıki təsiri yüz ilə qədər davam edə bilər- qarşısını almaq uğrunda apardığı mübarizə canının bahasına başa gəldi.

Uzun illərdir Savalan bölgəsində xüsusi ilə Nir şəhərində əhali yerin titrəməsi ilə birlikdə zəhimli səslər eşidir. Bu səslər Nir şəhərinin ətraf kəndləri və hətta Sain gədiyi və Sarab yaxınlıqlarında da eşidilib. Eşidilən səslər əhali arasında “zəlzələ olur” vəya “təyyarə düşdü” kimi şayiələrə səbəb olub. Bu səslər eşidilən zaman hərbi təyyarə də Nir şəhərinin üzərində görünüb, lakin bu səslərin gəldiyi yer dəqiq olaraq bəlli olmayıb.

İran Atom Enerji Təşkilatına bağlı olduğu elan edilən İran Yeni Enerjilər Təşkilatı (SANA) Savalan dağında davamlı olaraq qazıntılar aparır və yerin dərinliyindəki istilikdən istifadə etmək adı altında əslində uranyum axtarmaqdadır.

Dünya Səhiyyə Təşkilatının raportuna əsasən, Ərdəbil və Meşginşəhrdə mədə-bağırsaq və qan xərçəngi yaxın şərqdə birinci yerdədir. Və Savalan dağı ətrafında minlərlə insan xərçəng xəstəliyinə tutulub vəya tutulmaqdadır. Onlar Təbrizin Qazi və Tehranın İmam xəstəxanalarında Kemoterapi və radiasiya Therapy müalicəsi alıblar.

Qeyd olunmalıdır ki, Savalan dağının vulkanik olmasına baxmayaraq rus və çinli mühəndislər yerin altında uranum çıxartmaqla məşğuldur. Yerin dərinliyində hərarətin yüksək olmasından dolayı uranyum, radio izotop uranyum kimi əməl edir və yer üstünə çıxdıqdan sonra radioaktiv şüalanma əmələ gəlir. Beləliklə əslində Savalan dağının dərinliyi bir təbii nüvə reaktoru vəziyyətdindədir. Ona görə də bu qazıntılar hamısı qeyri-elmi və üsuldan kənardır və ətraf-mühitə mənfi təsiri olub və olacaq.

Mərhum doktor Əsğər Pirzadə inanırdı ki, yaxın vaxtlarda Ərdəbil ətrafında bir insani faciə baş verəcək və bir çox körpə fiziksəl əngəlli şəkildə və zəka geriliyi ilə doğulacaq.

Vilayətin Ərdəbil və Meşkinşəhr kimi böyük şəhərlərində Su İdarəsi radioaktivi azaldan maddələri suya əlavə edərək xəstəlikləri kontrol etməyə çalışır, lakin bu çıxış yolu deyil.

Doktor Əsğərzadənin fikrinə görə, uranyum axtarışında olan şirkətlər dağ ətəklərini kəşf etdikdən və aşağı dərəcəli uranyuma çatdıqdan sonra dərinlikdəki maddələrin üstünü örtmədən onları açıq buraxırlar. Bununla da qış yağışları yağdıqca sıxlığı aşağı dərəcəli uranyum bölgə sularına daxil olur və sular çirklənir. Doktor Pirzadənin araşdırmalarında Çernobıl və Naqazaki suları kimi bir çox real nümunələrə işarə olunur.

Daha bir önəmli məsələ prokurorun doktor Pirzadənin qətli ilə bağlı təhqiramiz ifadəsidir.

Prokuror örtülü olaraq bildirib ki, gənc yaşlı qatil doktor Pirzadə ilə səmimi münasibətdə olub və onu öz evinə dəvət edib. Bu açıqlama mərhum Pirzadəni etibarsız etməyə və ictimaiyyəti sakitləşdirməyə yönəlib.

Doktor Pirzadənin yaxınlarının dediyinə görə, bu faciənin qarşısını almaq və hazırda hərbi məntəqələrdə yerləşdiyinə görə mühafizə olunan qazıntıları qapatmaq məqsədi ilə raport vermək üçün, doktor Pirzadə iki dəfə Tehrana gedib. Bu araşdırmalara görə, Meşginşəhr, Nir, Sarab, Səreyn və Ərdəbil ətrafında çay və bulaq sularının əksəriyyəti çirklidir.

Ruhani hökumətindən istənilir ki, “Ərdəbil vilayətində xüsusi böhran komitəsi yaratsın və SEPAHın müdaxiləsi olmadan bu faciəyə baxılsın və onun genişlənməsinin qarşısı alınsın.”

Bəlkə bununla doktor Pirzadənin pak və günahsız ruhu Ərdəbil və Savalan ətrafındakə əhalinin nicatverəni olsun!

Xəbər verdiyimiz kimi, iyulun 23-də (mordadın 1-də) Güney Azərbaycanın Ərdəbil şəhərində Onkologiya və xərçəng üzrə məşhur mütəxəssis doktor Əsğər Pirzadə bıçaq zərbələri ilə qətlə yetirilib. Bu hadisə ilə bağlı ziddiyyətli xəbərlər yayılmaqla yanaşı fərqli fikirlər də irəli sürülür. Bəzi şərhçilər bunu “hökumət terroru” adlandırır. Yuxarıda qeyd olunan mətn “iranpressnews.com” saytından götürülüb və tərcümə olunub.

Geri dön