Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub

Azərbaycanın İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub


Azərbaycanın İKT sahəsinə qoyulmuş investisiyaların həcmi 2015-ci ilin yanvar-iyun ayları ərzində 158,3 milyon manat təşkil edib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Altı ayın yekunlarına əsasən, müəssisələr və nazirliyin bölmələri tərəfindən İKT sahəsinə 48 milyon manat investisiya qoyulub.

Azərbaycanda İKT sahəsinə ilin əvvəlindən qoyulmuş investisiyanın həcmi ölkə iqtisadiyyatına qoyulmuş ümumi investisiyanın 2 faizini təşkil edir və 2014-cü ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir.

Nazirliyin məlumatına əsasən, ölkədə rabitə müəssisələrinin kapital qoyuluşları hesabına 24 yeni ATS istismara verilib, 3-ü yenidən qurulub və daha 29 ATS modernləşdirilib. Nəticədə respublika üzrə ATS şəbəkəsinin montaj nömrə tutumu 1,85 milyonu, əsas telefon aparatlarının sayı isə 1,49 milyonu ötüb.

Qoyulmuş investisiyalar hesabına uzunluğu 162,9 kilometr olan kabel magistralının salınması üzrə işlər görülüb. ADSL portlarının sayı 96,3 mindən çox artırılıb.

Azərbaycanın İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin həcmi yanvar-iyun aylarında 809,6 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstərcisini 12 faiz üstələyir.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ÜDM-ində İKT sahəsinin xüsusi çəkisi göstərilən dövrdə 2 faiz, qeyri-neft ÜDM-də isə 3 faiz təşkil edib. İKT sektoru üzrə əldə edilmiş gəlirlərin 80 faizi özəl sektorun payına düşüb.

Geri dön