Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas lisani zindan rəisinin üzr istəməsindən sonra aclıq aksiyasını dayandırıb
Abbas lisani zindan rəisinin üzr istəməsindən sonra aclıq aksiyasını dayandırıb |
Hazırda Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani iyulun 27-də (mordadın 6-da) zindan rəisinin üzr istəməsindən sonra aclıq aksiyasını dayandırıb.
Məlumata görə, Ərdəbil zindanının rəisi Məhbubi 2-ci gün günortadan sonra həbsxananın təknəfərlik məhbəs bölümünə gedib və tanınmış fəal A.Lisani ilə görüşüb. Zindan rəisi milli-mədəni fəaldan aclıq aksiyasını dayandırmağı xahiş edib və bildirib ki, “özü və bütün zindan məsulları tərəfindən sizdən və 7-ci bölümün məhbuslarından üzr istəyirik. Və söz verirəm ki, 7-ci bölümün bütün imkanları o cümlədən bölümün telefonu bərpa ediləcək”. A.Lisani isə onun cavabında bunları deyib: “Mən 7-ci bölümə gedəcəm və vəziyyəti müşahidə etdikdən sonra digər məhbuslarla birlikdə aclıq aksiyasını dayandıracam. Əgər zindan məsulları mən və 7-ci bölümün digər məhbusları ilə öz rəftarlarını islah etməsələr, mən yenidən aclıq aksiyasına başlayacam.” A.Lisani və 7-ci bölümün məhbusları aclıq aksiyasını dayandırdıqdan sonra 8-ci bölümün məhbusları da aclıq aksiyalarını dayandırıblar. Xəbər verdiyimiz kimi, tanımış azərbaycanlı milli-mədəni fəal A.Lisani İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən milli-mədəni fəal zindanın 7-ci bölümünə salınıb. 7-ci bölüm narkomanlar (motadlar) və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca ağırdır. Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi martın 25-də (fərvərdinin 5-də) məhkəmə qərarını yazılı olaraq elan edib. A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə (1390-cı il) Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq kimi Geri dön |