Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İsmayıl Kövsəri: “İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq”
İsmayıl Kövsəri: “İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq” |
Avropa Birliyinin qəbul etdiyi yeni sanksiyalar nəticəsində İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq”.Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini, millət vəkili Məhəmməd İsmayıl Kövsəri deyib. Onun sözlərinə görə, İran neftinin satışına maneə törədəcək hər hansı bir addım Hörmüz boğazının bağlanması ilə nəticələnəcək və ABŞ-la müttəfiqləri belə boğazı yenidən açmağa nail ola bilməyəcəklər: “Biz rəsmi Vaşinqtona hər hansı bir hərbi macəraya cəhd göstərməməsi barədə də xəbərdarlıq edirik”.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri, deputat Heşmətullah Fəlahətpişə isə hansısa bir təhdid vəziyyətində Hörmüz boğazını bağlamağın İranın haqqı olduğunu bəyan edib: “İran hələ bölgədəki ən əhəmiyyətli enerji üstünlüyündən istifadə etməyib. Təhdid edildiyimiz şərtlərdə Hörmüz boğazının bağlanılmasını qiymətləndiririk. Çünki Fars körfəzinin 2/3-si İrana məxsus olduğundan onun təhlükəsizliyini təmin etmək də rəsmi Tehranın səlahiyyətindədir”. İran parlamentinin enerji komissiyasının üzvü, millət vəkili Əli Adanı vurğulayıb ki, İran neftinə sanksiya tətbiq olunması yalnız bəzi avropalı və amerikalı siyasətçilərin işinə yarayacaq: “Biz sanksiyalara baxmayaraq, hər hansı bir ölkəyə neft satmağa davam edəcəyik. Embarqolar böyük ehtimalla neftin qiymətlərində artıma səbəb olacaq”. İran parlamentinin enerji komissiyasının digər üzvü, deputat Həsən Şabanpur Avropa Birliyinin qərarını yanlış addım hesab edərək, Səudiyyə Ərəbistanının İrana tətbiq olunacaq neft sanksiyasının səbəb olacaq boşluğu dolduracaq gücə sahib olmadığını vurğulayıb. İranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Əli Fəllahian isə sanksiyalara qarşı veriləcək ən yaxşı cavabın Avropanın İranın alternativini tapmadan bu qitənin ölkələrinə neft ixracını kəsmək olduğunu bəyan edib: “İxracı dərhal kəsməyimiz Avropanın sanksiya planlarını alt-üst edər”. İranın sabiq neft naziri Seyid Kazım Vəziri Hamanə deyib ki, Avropa ölkələri sanksiyalara baxmayaraq İran neftinin satılacağına əmin olsunlar: “Çünki İranın xam neftinin keyfiyyətinin Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC üzvü olan digər ölkələrin nefti ilə müqayisə edilməsi mümkün deyil. Avropa Birliyinin qərarı dünya bazarlarındakı xam neft qiymətində ani və yüksək bir artıma da səbəb olacaq”. Onun sözlərinə görə, İran neftinin satışına sanksiya tətbiqi yalnız Avropadakı böyük neft istehlakçılarına zərər vuracaq: “İran neftinin müştəriləri Qərbin İran neftinə sanksiyasına qarşıdırlar. Böyük neft istehlakçıları olan Çin, Hindistan və Cənubi Koreya İran neftinə sanksiya tətbiqindən kənarda qalıblar. Qərb İran neftinin müştərisiz qalmayacağına əmin olmalıdır. Dünyanın İran neftinə ehtiyacı var və neft istehlakçılarının hamısı bazarlarda ciddi böhran yaşanmasının qarşısının alınması üçün artıq addımlar atmağa başlayıblar”. Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinin xarici işlər nazirləri İran neftinə embarqo tətbiq olunması və yeni sanksiyaların həyata keçirilməsi barədə qərar qəbul ediblər. İndiyədək qurum üzvləri İranda 433 hüquqi və 113 fiziki şəxsin bank hesablarını dondurub. Avropa Birliyi 2011-ci ilin ilk on ayında İrandan hər gün 600 min barel neft idxal edib. Ümumilikdə İranla qurum arasında 2011-ci ilin ilk 9 ayında ticarətin həcmi 19.3 milyard avro olub. İran bu müddət ərzində Avropa Birliyindən neft ehtiyacının 4.5% qədərini qarşılayıb. Qurum İrana 7.6 milyard avro məhsul ixrac edərkən, İrandan da 11.4 milyard avro məhsul ixrac edib. Geri dön |