Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı-Tbilisi-Qars regionda “Azərbaycan Dəmir Yolları”nın əhəmiyyətini artıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Bakı-Tbilisi-Qars regionda “Azərbaycan Dəmir Yolları”nın əhəmiyyətini artıracaq

Bakı-Tbilisi-Qars regionda “Azərbaycan Dəmir Yolları”nın əhəmiyyətini artıracaq


Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi regionun yük daşımalarında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyətini daha da artıracaq və onların biznes profilini möhkəmləndirəcək.

Bu barədə “Fitch Ratings” agentliyinin “2015-ci ilin ilk altı ayında keçmiş SSRI ölkələrinin nəqliyyat sektoru” hesabatında deyilir.

Hesabatda bildirilir ki, cari ilin ilk beş ayında regionun əksər ölkələrində dəmiryol yük daşımalarının həcmi azalmaqda davam edir: “Bu ölkələrin ÜDM-nin daha aşağı templi artımı fonunda ilin ikinci yarısında da dəmiryol daşımalarının həcminin az olacağını düşünürük. Neft daşımalarından asılı olan keçmiş SSRİ ölkələrinin dəmiryol nəqliyyat şirkətləri də rəqabət təzyiqi altındadır, belə ki, neft boru kəmərləri vasitəsilə daha çox nəql edilir”.

Hesabatda deyilir ki, agentlik tərəfindən qiymətləndirilən dəmiryol nəqliyyat şirkətləri vəziyyəti müxtəlif dərəcələrdə olsa da, valyuta məzənnəsinin dəyişməsindən asılıdır: “Milli valyutaların davamlı zəifləməsi şirkətlərin kredit ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Qazaxıstanda tarif artımının olmaması “Qazaxıstan temir jolı” SC-nin müstəqil kredit ödəmə qabiliyyətinə bundan sonra da təzyiq göstərəcək”.

Geri dön