Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 21 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, 4-ü vəzifəsindən azad olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > 21 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, 4-ü vəzifəsindən azad olunub

21 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, 4-ü vəzifəsindən azad olunub


21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarısında “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub. Belə ki, 2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub.

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Geri dön