Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Respublikasının investisiya səviyyəli beynəlxalq kredit reytinqi yenidən təsdiq olunmuşdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan Respublikasının investisiya səviyyəli beynəlxalq kredit reytinqi yenidən təsdiq olunmuşdur

Azərbaycan Respublikasının investisiya səviyyəli beynəlxalq kredit reytinqi yenidən təsdiq olunmuşdur


31 iyul 2015-ci il tarixində “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq etmiş, proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlamışdır.

Maliyyə Nazirliyinin saytı xəbər verir ki, agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Eyni zamanda agentlik bildirir ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.

Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”da saxlaması qlobal iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının öz dayanıqlığını qoruyaraq sabit inkişaf kursunu davam etdirdiyinin əyani sübutudur.

Geri dön