Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda "Azərbaycan tarixi" adlı xalça toxunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Güney Azərbaycanda "Azərbaycan tarixi" adlı xalça toxunub

Güney Azərbaycanda "Azərbaycan tarixi" adlı xalça toxunub


Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində (ostan) Nasir Məhəmmədian adlı şəxsin rəhbərliyi ilə "Azərbaycan tarixi" adlı xalça toxunub.
İranın İRİNN xəbər kanalının yaydığı məlumata əsasən, Xalçada Azərbaycanın tarixi yerləri və şəxsiyyətlərinin şəkilləri əks olunub.
Xalçanın çəkisi 3 tondur, uzunluğu 24 metrdir. Xalça qoz ağacından hazırlanmış qabın içərisinə yerləşdirilib. Xalçanın üzərində Azərbaycanın tarixi abidələri və tanınmış simalarından Şəhriyar, Baqirxan, Səttarxan, Zeynəb Paşa, Şəms Təbrizi, Mövlanə, Məhəmmədtəqi xan, Pərvin Etisami və digərlərinin şəkillləri toxunub.
Xalçanın toxunulmasına 2 il öncə başlanılıb və o hazırda Təbriz şəhər muzeyində saxlanılır.

Geri dön