Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputatlarin Fransaya etirazi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Deputatlarin Fransaya etirazi

Deputatlarin Fransaya etirazi


Gülər Əhmədova Fransanı yaş yuyub quru sərdi

“Özünü demokratiyanın beşiyi adlandıran bu ölkənin son yüz ildə atdığı addımların məntiqi nəticəsi olan bu “qanun” əslində nə bizi, nə də Türkiyəni təəccübləndirməməlidir”.

Milli Məclisin deputatı Gülər Əhmədova Fransa Senatının qəbul etdiyi qanuna münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Fransa siyasətinin gerçək mahiyyətinə bələd olmaqdan ötrü yaxın tarixə nəzər salmaq kifayətdir: “25 iyul 1920-ci ildə böyük qismi Seneqal və Mağripdən ibarət olan Fransa ordusu 90 min əsgərlə Şamı işğal etdi. 1915-ci ildə Anadoluda Antep-Maraş bölgəsini işğal edərək yüzlərlə kəndi yandırdı, minlərlə adamı öldürdü. Yaxın Şərqdə Fransanın rəhbərliyi altında olan bölgələr 1925-ci ilə qədər hərbi vəziyyət alında qalmışdı. Bölgəyə yatırılan hərbi investisiyalar vətəndaşlar üçün göndərilən sosial yardımlardan 10 dəfə çox olub ki, bu da Fransanın işğalçı siyasətə daha çox üstünlük verməsini göstərir. 1946-cı ildə öz ordusunu geri çəkməmişdən əvvəl Şamı bombalayan Fransa ordusu 500 insanı qətlə yetirib”.

G.Əhmədova deyir ki, Fransa Livanda uzun illər müstəmləkəçi bir güc olaraq mövcudluğunu saxladı: “Bu dönəmdə həyata keçirilən bütün istismar və qırğınlarda Fransanın payı olub. Fransa 1947-ci ildə Madaqaskarda azadlıq tələbi ilə qiyam qaldıran xalqa qarşı misli görünməmiş qırğın etdi, 40 min madaqaskarlı qətlə yetirildi. Fransa 1952-ci ildə başlayan Əlcəzair Milli Qurtuluş hərəkatının üzərinə bütün vəhşiliyi ilə getdi. 10 illik döyüş nəticəsində 1.5 milyon Əlcəzair vətənpərvər qətlə yetirildi, yüzlərlə kənd və qəsəbə yerlə yeksan edildi. Fransa Konqonun vətənpərvər lideri Patricia Lumumbanı prezident sarayında məşhur cinayətkar təşkilat olan “Paraşütçü Birliklərin” əliylə qaçırmış, təyyarədə işgəncə ilə öldürmüş və cəsədini havadan Əlcəzairə atmışdır. Fransa 1956-cı ildə İngiltərə ilə birlikdə Süveyş kanalını işğal etmişdir”.

Deputat bildirir ki, bu gün bütün dünya ictimaiyyətinə insan haqları və demokratiyadan dərs keçən Fransa 1967-1968-cı illərdə ölkəsindəki işçilərə və tələbələrə qarşı kütləvi surətdə şiddət tətbiq edib: “Həmin günlərdə yüzlərlə insan yaralanmış və həbs olunmuşdur. Fransa Ruandanı işğal edərək qəbilələr arası döyüşə səbəb olub. Bu işğal zamanı yalnız bir ay içərisində 500 min ruandalı qətlə yetirilib. Yeni Kaledonyada Maçoronun qətlə yetirilməsi, Green Peace gəmisin batırılması və bir jurnalistin öldürülməsində də Fransanın böyük rolu olub. Düşünürəm ki, Fransada yaşayan on minlərlə türk, azərbaycanlı bu qeyri-demokratik “qanunu” pozaraq, demokratiyanın bərqərar olması üçün konkret addımlar atmalıdırlar. Fransanın ATƏT-in Minsk qrupunda qalıb-qalmaması məsələsi bu gün Azərbaycanda siyasi fikrin gündəmindədir. Fransanın siyasi tarixinə ləkə olaraq qəbul edilmiş bu qərar ilk növbədə fransızlar tərəfindən dəyişdirilməlidir. İnanmaq istərdik ki, Konstitusiya Məhkəməsi bu qərara “yox” deyəcək. Artıq bitərəf olmayan Fransa ermənipərəst mövqeyinə görə, Azərbaycan və Ermənistanın münasibətlərində öz vasitəçilik missiyasını yerinə yetirə bilməz”.

Geri dön