Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilin imam cüməsi GünAz TV-ni hədəfə aldı
Ərdəbilin imam cüməsi GünAz TV-ni hədəfə aldı |
İranın dini lideri Əli Xamneyinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi GünAz TV-nin adını çəkmədən peyk telekanalı və sosial şəbəkələri Ərdəbil vilayətinin əhalisi arasında nifaq salmaqda ittiham edib.
Örtülü şəkildə Güney Azərbaycan Televiziyasına hücum edən Seyid Həsən Amoli bildirib ki, “qövmlər və qəbilələri təhrik etmək və vilayətin bəzi məntəqələri üçün qeyri-real təhlükə elan etmək hiyləkar ssenarilər sırasındadır.” Amoli vilayətin bəzi məntəqələri deyəndə Heyran gədiyini nəzərdə tutur. Ərdəbil vilayətində yerləşən Heyran gədiyinin Gilan vilayətinə verilməsi ilə bağlı ölkədə ciddi cəhdlər var və bu üzdən azərbaycanlılar və Ərdəbil əhalisi vəziyyətdən narazıdır və öz etirazlarını müxtəlif formalarda ifadə edirlər. GünAz TV isə öz milli vəzifəsi kimi bu həqiqəti əhaliyə çatdırır və Heyran gədiyinin Güney Azərbaycanın ayrılmaz hissəsi kimi təqdim edir və bu barədə xüsusi proqram yayıb və öz saytında bir çox xəbər dərc edib. Amoli söhbətinin bir hissəsində isə Qızılüzən çayından istifadə etməklə bağlı Ərdəbil və Xalxal əhalisi arasında nifaq salındığını qeyd edib. Amoli bu ittihamı o halda səsləndirir ki , o, bir çox azərbaycanlı xüsusi ilə də milli-mədəni fəallar arasında Muğan, Meşginşəhr və Xalxal əhalisi arasında –hansı ki, hamısı azərbaycan türkləridir- nifaq simgəsi kimi tanınır. Geri dön |