Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ruhani: -Nüvə danışıqlarının nailiyyəti təsəvvür etdiyimizdən də çoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhani: -Nüvə danışıqlarının nailiyyəti təsəvvür etdiyimizdən də çoxdur

Ruhani: -Nüvə danışıqlarının nailiyyəti təsəvvür etdiyimizdən də çoxdur


İran prezidenti Həsən Ruhani avqustun 2-si axşam saatlarında dövlət televiziyasının ikinci şəbəkəsinə canlı müsahibəsində ölkənin Qərblə apardığı nüvə razılaşmasından və yekun razılaşmanın ölkə üçün gətirdiyi nailiyyətlərdən danışıb.
Ruhani deyib ki, Vyanadakı yekun nüvə razılaşmasında hər iki tərəf udub və nəticə qarşı tərəflərin xeyrinə olub: “Biz danışıqlar uğurla nəticələnə biləcəyini əməldə gördük. Elə buna görə də İran məntiq və düzgünlük yolunu seçib problemin müzakirələr yolu ilə nəticə verməsinə nail ola bildi.

Əlbəttə ölkəyə qoyulan sanksiyaların qüvvədə qalmasından faydalanaraq qazanc götürənlər bu gün əldə edilmiş bu razılaşmadan çox narahatdır. Dubayda, Avropada, Çində və İranda olan bu sanksiya alverçiləri müzakirələrin yekun nəticəsindən əsəbidir. Sanksiyaların qüvvədə qalması onların mənafeyinə uyğun olsa da, xalqın mənafeyinə zidd olduğu üçün ona baha başa gəlirdi.

Nüvə danışıqlarının nailiyyəti bizim əvvəldə təsəvvür etdiyimizdən daha çoxdur. Nəzərə almaq lazımdır ki, Vyana razılaşmasının icrasına başlanan gündən ölkəyə qoyulan iqtisadi sanksiyalar, o sıradan da bank, sığorta, nəqliyyat, neft və kimiya sahələrinə qoyulan embarqolar ləğv ediləcək. Bu razılaşma dünyanın qapısını İranın üzünə açır. Bu isə böyük nailiyyətdir.

Mənim bir hədəfim var idi. Ona da nail oldum. Düzdür qarşı tərəfə 100 faizlik etimad mövcud olmasa da, hesab edirəm ki, əldə edilimiş razılaşma həm bizim, həm də Qərbin xeyrinədir. Bir sözlə hər iki tərəf bu razılaşmada udmuş sayılır”.

Geri dön