Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Millət vəkili: -Yeni hökumətin dövründə Urmu gölünün suyu 30 faizdən 2 faizə düşüb
Millət vəkili: -Yeni hökumətin dövründə Urmu gölünün suyu 30 faizdən 2 faizə düşüb |
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkiliNadir Qazipur Urmu gölünün canlandırılması üçün ayrılan yeni büdcəyə işarə edərkən gölün canlandırılması işlərində irəlləyişin olmadığını kəskin tənqid edib.
Nadir Qazipur sözlərini belə davam etdirib: “Ötən il Urmu gölünün canladırılmasına 729 və bu il 1100 milyard tümən büdcə ayrılıb. Lakin buna baxmayaraq hətta bir damla su gölə əlavə olunmayıb. Mən bir millət vəkili kimi inanıram ki, ölkənin Urmu gölünü canlandırmaq imkanı vardır.” Azərbaycanlı millət vəkili ayrılan büdcəyə baxmayaraq Urmu gölünün canlandırılması prosesindən irəlləyişin olmadığını kəskin tənqid edib və vurğulayıb ki, “11-ci hökumət Urmu gölündə ətraf-mühit probemlərinin həllini üstələndiyi zaman göldə 30 faiz su mövcud idi, lakin hazırda suyun miqdarı 2 faizə düşüb.” N.Qazipur sözlərinin sonunda diqqətə çatdırıb ki, “mənim fikrimcə hökumət Urmu gölü məsələsində ciddi addımlar ata bilməsə onun ziyanını gələcək prezident seçkilərində görəcək.” Geri dön |