Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran birinci vitse-prezidenti: Vətəndaşların 4 faizi nüvə razılaşmasına müxalifdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran birinci vitse-prezidenti: Vətəndaşların 4 faizi nüvə razılaşmasına müxalifdir

İran birinci vitse-prezidenti: Vətəndaşların 4 faizi nüvə razılaşmasına müxalifdir


İranın birinci vitse-prezidenti İshaq Cahangiri avqustun 4-də Gülüstan əyalətində keçirilən bir tədbirdə çıxış edərək Vyanadakı nüvə razılaşmasından və onun daxili müxaliflərindən danışıb.
İshaq Cahangiri deyib ki, ölkə əhalisinin əksəriyyəti Qərblə nüvə razılaşmasının tərəfdarıdır və bu razılaşmaya qarşı çıxanlar azlıq təşkiul edir: “Ölkənin etibarlı təşkilatlarının vətəndaşlar arasında keçirdiyi sorğunun nəticəsi göstərir ki, ölkə əhalisinin yalnız 4 faizi İranla 5+1 qrupu arasında əldə edilmiş nüvə razılaşmasının müxalifidir.

Halbuki həmin sorğunun nəticələrinə görə vətəndaşların 80 faizindən 88 faizinə qədəri də bu razılaşmanın tərəfdarıdır və onu dəstəkləyir. Hesab edirik ki, bu razılaşmaya qarşı çıxanlar, təşkil etdikləri həmin 4 faizlik həddində danışıb etiraz bildirməli, tələbkarlıq mövqeyindən çıxış etməməlidirlər”.

İshaq Cahangiri vətəndaşlar arasında sorğu keçirən təşkilatların adlarına toxunmayıb. Qeyd edək ki, İranda hakimiyyətdaxili bəzi cərəyanlar, o sıradan da sərt xətt tərəfdarı bəzi üsulçular Vyana razılaşmasına qarşı çıxaraq vaxtaşırı onun əleyhinə bəyanatlar səsləndirirlər.

Geri dön