Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyinin qudası: Biz fars dilini milli kimliyimizin təməli sayırıq
Xamneyinin qudası: Biz fars dilini milli kimliyimizin təməli sayırıq |
İranın dini lideri ayətullah Əli Xamneyinin qudası, “Fars Dili və Ədəbiyyatı Akademiyası”nın və “Sədi Fondu”nun rəisi Qulaməli Həddad Adil avqustun 4-də Tehranın “Şəhid Behişti” Universitetində keçirilən tədbirdə fars diinin inkişafı uğrunda apardıqları fəaliyyətdən danışıb.
Fars dilini təkmilləşdirmək üçün bir aylığa ölkəyə gələn 240 nəfər xarici vətəndaş qarşısında çıxış edən Qulaməli Həddad Adil deyib ki, onun başçılıq etdiyi “Fars Dili və Ədəbiyyatı Akademiyası” ölkənin rəsmi dilini elmi dil səviyyəsinə qaldırmaq üçün çox işlər görüb: “Siz fars dilini daha yaxşı öyrənməklə başqa bir dünyada yaşamaq üçün İrana səfər edibsiniz. Çünki fars dili ilə tanış olmaq, İran-İslam dünyasının dili ilə tanış olmaq deməkdir. Fars dili ərəb dilindən sonra islam dünyasının ikinci dilidir və siz bu dili öyrənməklə bu torpaqda 7 min ilə yaxın keçmişi olan bir mədəniyyət və sivilizasiya ilə tanış olacaqsınız. Sizlər İranda qalacağınız bir ay müddətində fars dilini daha yaxşı öyrənməklə zəngin bir xəzinənin açarını əldə etmiş olacaqsınız. Bu gün İran İslam Respublikasında biz fars dilini milli kimliyimizin əsas təməllərindən biri kimi sayırıq və “Fars Dili və Ədəbiyyatı Akademiyası”nı yaratmaqla bu dili daha müasirləşdirmək və onu bugünkü həyatımız üçün daha faydalı bir şəklə salmağa çalışırıq. Son 20 ildə bizim akademiya fars dilini müasirləşdirmək və onu elm dilinə çevirmək üçün elmin müxtəlif sahələrində ölkəyə gələn 50 min xarici sözün fars dilində qarşılığını yaradıb və bu yolda fəaliyyətini davam etdirir”. Qeyd edək ki, Xamneyinin qudası Həddad Adil fars dilinin inkişafı uğrunda hökumətin birbaşa qayğısından danışdığı bir vaxtda ölkədə digər millətlərin dili, o sıradan da Azərbaycan türkcəsi tamamilə qadağandır. İran prezidenti Həsən Ruhani son prezident seçkisi ərəfəsində Təbrizə etdiyi səfərində seçkidə qalib gələcəyi təqdirdə Təbrizdə “Türk Dili və Ədəbiyyatı Akademiyası”nın açılacağına yardım göstərəcəyi barədə vəd versə də, onun bu vədi hələ də gerçəkləşdirilməyib. Geri dön |