Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > PKK güclənəndə Güney Azərbaycandakı kürdlər də aktivləşir
PKK güclənəndə Güney Azərbaycandakı kürdlər də aktivləşir |
Güney Azərbaycanla həmsərhəd bölgələrdə təlatümlü hadisələr baş verir. Belə ki, PKK terror təşkilatı qardaş Türkiyədə xaincəsinə terror aktları həyata keçirir, Türkiyə də öz növbəsində bunu cavabsız qoymur və terror təşkilatının mövqelərini hədəfə alır.
Bəs, Güney Azərbaycanla qonşuluqda yerləşən bu regionda baş verənlər soydaşlarımıza nə cür təsir edir? Baş verənlərlə bağlı onların mövqeləri nədən ibarətdir? Bu istiqamətdə “teleqraf.com” saytının suallarını cavablandıran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirib ki, İraqda və Suriyada baş verənlər Güney Azərbaycan insanlarını istər-istəməz nisbətən mühafizəkar edib. Onun sözlərinə görə, insanlar məsələləri çox götür-qoy etməli olublar: “İŞİD-in (İraq və Şam İslam Dövləti) hərəkətləri çox kobud olduğu üçün insanlar mühafizəkar davranırlar. Amma son zamanlarda Türkiyə ilə PKK-nın yenidən toqquşması milli hərəkatın, xüsusilə, aktiv kəsimin fəaliyyətini sürətləndirib. Biz PKK-nı istər-istəməz, hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da birinci problemi bilmişik. Çünki Güney Azərbaycanın Qərbi Azərbaycan ostanında, Urmiyə bölgəsində PKK-nın bir qolu olan PEJAK fəaliyyət göstərir. Ona görə də, Qərbi Azərbaycan məsələsi bizi birbaşa PKK ilə üz-üzə gətirir. Fəallarımız prosesi izləyir və qınayır”. N.Soytürk qeyd edib ki, Güney Azərbaycanın qərb hissəsi əsasən bu təhlükə ilə üz-üzədir: “Urmiyə bölgəsində çoxlu kürd yaşayır. Kürdlər İraqda, Suriyada, Türkiyədə aktivləşəndə onlar da Qərbi Azərbaycan ostanında aktivləşməyə başlayırlar. Bu, əsasən PEJAK-ın əli ilə olur. Bəzi hallarda birbaşa terror olmasa da, lakin onlar iddialarını artırmağa, ”Azərbaycan şəhərləri bizimdir" iddiasını gur səslə deməyə başlayırlar. Bundan əlavə, onlar daha çox qaçaqçılıq edir, bu yolla çoxlu pullar qazanırlar. Qaçaqçılıqdan qazandıqları pullarla ərazini alır, Azərbaycan türklərini bölgədən uzaqlaşdırırlar. Türklər İranın mərkəzinə gedir, onlar isə Güney Azərbaycanda məskunlaşmağa başlayırlar. Bu cür hallar istər-istəməz cəmiyyətdə bir iltihabın yaranmasına səbəb olur. Bu dəqiqə də proses buna doğru gedir. Urmiyədə kürdlər çox aktivləşiblər. Bildirişlər yaymağa, tədbirlər keçirməyə başlayıblar. Son hadisələrlə bağlı görmürəm, amma bəzi hallarda milət vəkili səviyyəsində parlamentdə onlara dəstək verirlər. Bu şəkildə onlar fəallaşdıqca azərbaycanlılar da təbii ki, mövqe sərgiləməli olur". Müsahibimiz Güney Azərbaycan türklərinin durumu barədə də danışıb. O qeyd edib ki, Həsən Ruhani prezident seçilməmişdən əvvəl bir neçə vəd vermişdi və bununla daha çox dillərə düşmüşdü. Bunlardan biri Urmiyə gölünün qurumasının qarşısının alınması, digəri isə türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması barədə idi: “Bu iki məsələ azərbaycanlıları çox ilgiləndirirdi. Urmiyə gölü ilə bağlı məsələ aydındır. Elə dünən Urmiyədən seçilmiş millət vəkili Nadir Qazıpur bu məsələdən danışıb. Deyib ki, Həsən Ruhani hökuməti hakimiyyət başına gələndə Urmiya gölündə 30 faiz su var idi. İndi isə 2 faizə enib. Yəni ki, hökumətin Urmiyə gölü ilə bağlı verdiyi vədlər qətiyyən yerinə yetirilməyib. Millət vəkili qeyd edib ki, Urmiyə gölünə bir damcı da su əlavə olunmayıb. Ona görə də azərbaycanlılar bu mövzuda narahatdırlar. Türk dili və ədəbiyyatı mərkəzinin yaradılması məsələsinə gəldikdə isə onu da tərsinə həyata keçirdilər. Bir neçə ay öncə Ruhani Təbrizə gələndə ”Azərbaycanın incəsənət və mədəniyyət mərkəzi" adlı bir mərkəzin açılışını həyata keçirdilər. Həmin mərkəzin adında türk dili sözü işlətmədilər. Azərbaycan sözü işlətdilər. Bunlar hər zaman bu cür saxtalaşdırmaya gedirlər. Guya ki, biz türk deyilik. Beləliklə, saxta bir mərkəz yaratdılar və bu da kimsəni qane etmədi. Bu nöqteyi-nəzərdən Azərbyacan türkləri fikirləşirlər ki, Həsən Ruhaninin Azərbaycan türklərinə verdiyi söz yerinə yetirilməyib. Yəni, bu cür etirazçı mövqedədirlər". N.Soytürk, həmçinin bildirib ki, Güney Azərbaycan İranın digər hissələri kimi, onlardan da bir qədər çox iqtisadi baxımdan əziyyət çəkir: “İqtisadi problemlər son illərdə bir qədər də şiddətləndiyinə görə, insanlar İranın nüvə proqramı kimi məsələlərdə razılığın əldə olunmasında istər-istəməz iqtisadiyyatı ön planda görmək istəyirlər. İqtisadiyyat üzərindən məsələləri təhlil etməyə çalışırlar”. Geri dön |