Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türkiyə-Azərbycan-İran Əlaqələri: Əməkdaşlıq mı yoxsa etimadsızlıq?
Türkiyə-Azərbycan-İran Əlaqələri: Əməkdaşlıq mı yoxsa etimadsızlıq? |
Qonşu və eyni zamanda müsəlman üç ölkə olan Türkiyə, Azərbaycan və Iranın öz aralarındakı siyasi və iqtisadi əlaqələri tədqiq beklenildiyinden fərqli bir mənzərəylə qarşılaşırıq. Orta və Yeniçağ tarixinin bu ölkələri bir-birinə düşmən etdiyi dövrlər yerini 21-ci əsrdə fərqli bir şəkildə rəqabətə və qarşılıqlı etimadsızlığa buraxmış vəziyyətdədir deyə bilərik.
Burada ələ alınacaq ən əhəmiyyətli xüsus üçlü əlaqədən çox, Tehran rəhbərliyinin son vaxtlar Bakı və Ankara ilə olan əlaqələrinin dəyərləndirilməsidir. Nüvə silah inkişaf etdirərək dünya üçün yeni bir təhlükə qaynağı təşkil edən Iran, əslində yalnız dünyanı deyil qonşuları olan Türkiyə və Azərbaycanı da özüylə əlaqələrdə maraqlarına qarşı olan ünsürlərdən vazgeçirmə səyindədir. Önümüzdəki Fevral ayında Azərbaycana bağlı Nəxcıvan Muxtar Bölgəsində üç ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Əli Əkbər Salehi görüşəcəklər. Keçən il Avril ayında Iranın Urmu şəhərində və 2010-ci ilin dekabr ayında İstanbulda keçirilən Xarici İşlər Nazirləri arasında danışıqların davamı olaraq reallaşdırılması planlanan bu yığıncaq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsini məqsəd qoymaqdadır. Bu analiz üç ölkə arasında əməkdaşlığa mane olan və qarşılıqlı etimadsızlığa gətirib çıxaran ünsürləri araşdırmaqdadır. Iran-Azərbaycan Arası Əlaqələrdə Yaşanan Sorunlar Müstəqilliyini Sovetlərin yıxılmasıyla ikinci dəfə qazanan Azərbaycanın (1) Qərbə inteqrasiyasını və ABŞ və İsrail ilə olan sıx əlaqələrini həzm edə bilməyən Tehran rəhbərliyi Bakıya fərqli şəkillərdə təzyiq siyasəti tətbiq etməkdədir. İki ölkə arasında indiyə qədər Xəzər dənizinin statusunun bəlirlənəməməsi; Tehran rəhbərliyinin Azərbaycanla sərhəd bölgəsini təşkil edən və təxmini 20-30 milyon arasında Azərbaycan Türkü'nün yaşadığı Güney Azərbaycanın fars rejiminə qarşı müstəqillik mübarizəsini təhlükə olaraq görməsi; Dağlıq Qarabağ müharibəsi zamanı və sonra Tehranın Bakının gözləmələrinin tam əksinə olaraq Ermənistanı müdafiə edən bir siyasət yürütməsi münasibətlərdəki soyuqluğun əsas səbəblərindəndir. Bakı və Tehran arasında dəqiq şəkildə görünən bu problemlərlə birlikdə, bölgəsəl güc olaraq Azərbaycanın özü ilə hesablaşması lazım olduğunu düşünən Iran, zaman-zaman daxili işlərinə müdaxilə etmə siyasəti icra etməkdədir. Keçən il Noyabr ayında Azərbaycan Prezidentliyin Siyasi İşlər Bölümü Müdürü Ali Hasanov'un Tehran səfəri zamanı, Iranlı səlahiyyətlilərlə son vaxtlarda Bakıya istiqamətli Iran tərəfindən edilən mənfi təbliğatlarla əlaqədar tədbirlər alınması mövzusu müzakirə edilmişdi. Sovetlər Birliyi dövründə yalnız kültürəl səviyyədə olan Azərbaycan və Iran əlaqələri, dağılmayla birlikdə iki müstəqil dövlət arasında daha geniş əhatəli bir xüsusiyyət qazandı. Azərbaycanı köhnə bir Iran dövləti olaraq görən Tehran, Bakının müstəqilliyini tanımaqda istəkli olmaması və eyni zamanda Bakıda hakimiyyəti ələ keçirən milliyyətçi kəsimin isə Güney Azərbaycan bölgəsini də ehtiva edən Böyük Azərbaycan xəyalları qurması iki ölkə arasında hələ də davam edən soyuq münasibətlərin əsas səbəblərindən qəbul edilə bilər. Tehranın bölgədə yaşayan Azərbaycan Türklərinə qarşı assimilyasiya siyasəti proqramı, ölkədə etnik türklərin müstəqillik mübarizəsini artırmaqdadır. Azərbaycanda cəmiyyətin böyük əksəriyyəti Irandakı bu inkişafları diqqətlə izləyərək, müstəqillik mübarizəsində etnik Azəri Türklərinin yanında yer almaqdadır. Azərbaycanda bəzi siyasətçilər ölkənin Rusiya və Iran tərəfindən Gülüstan (1813) və Türkmənçay (1828) razılaşmalarıyla iki hissəyə bölündüyünü dünyaya eşitdirmək üçün, ölkə adının "Şimali Azərbaycan" olaraq tanıtılmasını belə təklif etməkdədirlər. Necə ki Iran sərhədləri içərisində qalan bölgə "Güney Azərbaycan" olaraq bilinir. Müstəqilliyinin ilk illərində Ermənistanla müharibə halında olan Azərbaycan, bölgədə Türkiyə ilə ittifaq halında idi. Iran isə bölgədə Türkiyə-Azərbaycan ittifaqına qarşı Cənubi Qafqazda Ermənistanı müdafiə edən bir siyasət izləmişdi. Məqsəd güclü bir Türk birliyinin önlənməsiydi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xarici siyasətində bölgəsəl və qlobal güclərə qarşı izlənən kompansasiyası siyasəti Iranı da içinə aldı. İki dövlət arasında reallaşan qısa dövrlü yaxınlaşma, Tehran rəhbərliyinin də Ermənistana atəşkəs üçün təzyiq etməsinə və Türkiyə ilə birlikdə İrəvana ambarqo tətbiqinə səbəb oldu. Amma bunlar da iki qonşu ölkə arasında gərçək bir əməkdaşlığa və ya əlaqələrin istiləşməsinə səbəb olmadı. 1990-cı illərdə Azərbaycanın Xəzər dənizindəki nəft quyularını xarici şirkətlərlə birlikdə müəssisə cəhdləri olmuşdu. Bu əsnada ABŞ-ın təzyiqi Iran şirkətlərinin bu cəhdə daxil olmasına maneə törədilmiş ya da Iranın çox az bir yüzdəlik pay alması nəzərdə tutulandan, Tehran bunu qəbul etməmişdi. Bu vəziyyət iki ölkə arasında başqa bir gərginliyə səbəb olmuşdu. Iran, Xəzər dənizinin öz sərhədinə yaxın hissəsində nəft axtarmaqda olan Azərbaycan gəmilərinə qarşı savaş gəmilərini çıxardaraq nəft aranmasına icazə verməmişdi. Azərbaycan hava məkanı da zaman-zaman Iran hərbi təyyarələri tərəfindən pozulmuşdu 1990-cı illərdə iki ölkə arasında Naxçıvan və Təbrizdə konsulluqların açılması mövzusunda razılaşma imzalanıb. Razılaşmadan qısa bir müddət sonra Naxçıvan şəhərində konsulluq çıxaran Iran, bunun tam əksi olaraq, Təbrizdə Azərbaycan konsulluğunun açılmasına uzun müddət icazə vermədi. Konsulluq, Azərbaycan Prezidenti Ilham Əliyevin 2005-ci ilin yanvar ayındakı rəsmi Tehran ziyarətində fəaliyyətə başladı. Bunun ardınca, 2008-ci ildə Təbriz şəhərində Ermənistanın konsulluq açmasına təsdiq verməsi, Bakı və Tehran arasında əlaqələrin gərginləşməsinə səbəb oldu. Dağlıq Qarabağ Sorununa Tehranın Rəsmi və Qeyri Rəsmi yanaşması Dağlıq Qarabağ müharibəsinin ilk əvvəllərində tərəfsizliyini qorumağa çalışan Tehranın davranışını, öz şimal-qərbindəki Azəri türklərinin Azərbaycanla birləşəcəyinə çəkinməsini açıqlaya bilərik. Savaş əsnasında Dağlıq Qarabağdan qaçqın vəziyyətinə düşən 700 minə yaxın azərbaycanlının Iran sərhədindən keçməsinə icazə verməməsi bu fikri sübut edir. Eyni zamanda bu savaşı Rusiyanın problemi olaraq görən Iran, tərəf tutmaqla bölgəyə bir NATO əsgəri müdaxiləsinin reallaşması ehtimalından narahat idi. Sonradan vasitəçilik missiyasını üstlənməkde israrlı olan Tehran rəhbərliyi rəsmiləri bölgəyə səfərlər etmiş, Azərbaycan və Ermənistanı savaşı dayandırmağa çağırmışdı. Amma dövrün prezidenti Başyardımcısı olan Mahmud Vaezi'nin İrəvandan səsləndirdiyi atəşkəs çağırışına Ermənistan o zaman qarşı çıxmışdı. 1992-ci ilin sonu etibarilə Ermənistanla iqtisadi əməkdaşlıq razılaşması imzalayan Tehran rəhbərliyinin sonradan Dağlıq Qarabağ müharibəsində Ermənistana silah köməyində olduğu xəbərləri Bakı-Tehran münasibətlərində başqa bir gərginliyə gətirib çıxardı. Bundan başqa erməni terror təşkilatı ASALA xadimlərinin Azərbaycan ordusuna qarşı savaşmək üçün Iranda eyitildiği xəbərləri Bakıda Tehrana qarşı etimadsızlığı daha da artırdı. Tehran, Minsk qrupu tərəfindən Bakı və İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlliylə əlaqədar olaraq təqdim edilən, xarici hərbi birliklərin bölgədə sülhü qorumaq məqsədiylə yerləşdirilməsi təklifini məmnuniyyətlə qarşılamadır. Çünki Iran, bu hərbi birliklər içərisindəki ABŞ və ya NATO əsgərlərinin öz sərhədlərinə yaxın olma ehtimalına hər zamanki kimi etiraz edir. Iran Məclis Başçısı Əli Laricani, Türkiyəyə son ziyarətindən əvvəl Dağlıq Qarabağla bağlı "Bölgədə var olan problemlər bölgə dövlətləri tərəfindən çözümlənməlidir" (2) şəklində etdiyi şərhiylə, ölkəsinin bu probləmin həllində rol almaq istədiyini ifadə etdi. Əli Laricani problemin ərazi bütövlüyü çərçivəsində həll edilməsi lazım olduğunu ifadə edərək, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Eyni zamanda Məclis Başçısı, Dağlıq Qarabağ probləminin həlliylə əlaqədar olaraq Ankara və Tehranın tutumlarının çox yaxın olduğunu da ifadə edir. Iranın Ermənistanla olan əlaqələrinin Azərbaycanla olan əlaqələrindən daha inkişaf etmiş olması, Bakı-Tehran arasında münasibətlərin soyuqluğundan irəli gəlir. Azərbaycanın əhalisinin əksəriyyəti şiə olsa da, etnik mənşəyə söykənən bir Türk şəxsiyyətindən ötəri Türkiyə ilə əlaqələrə əhəmiyyət verməsi, Tehranı məmnun etmir. Azərbaycanın Qərb dövlətləri, xüsusilə ABŞ və İsrail ilə olan stratejik əlaqəsini tənqid edən Tehran, bunun tam əksi olaraq Rusiya-Ermənistan-Iran bölgəsəl stratejik əməkdaşlığını dövrəyə soxmuşdur. Bakı, Azərbaycanda Amerika hərbi bazalarının yaradılması halında, Tehran rəhbərliyindən bir hücum ediləcəyi təhdidiylə qarşı-qarşıya qalmışdır. Azərbaycan sözdə Iran tərəfindən dost və qardaş ölkə olaraq sayılsa da, əslində Tehran öz teokratik ideologiyasını bura ixrac etmək niyyətindədir. Digər tərəfdən, hərbi sahədə strateji bir əməkdaşlıq içərisində Ermənistana kömək edir. Iran Müdafiə Nazirinin Bakı səfəri zamanı, azərbaycanlı həmkarı tərəfindən Tehran-İrəvan münasibətləri tənqid olunmuşdur. Qardaş və dost ölkə olaraq sayılan Azərbaycanın torpaqlarını işğal edən bir ölkəyə hərbi və iqtisadi kömək edilməsindən Bakının narahat olduğu açıq şəkildə ifadə edilmişdir. 14 Mart 2008-ci il tarixli Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 62- yığıncağında qəbul edilən "Azərbaycanın işğal edilmiş torpaqlarında son vəziyyət" adlı qanun layihəsinin səs verilməsi əsnasında, Iran delegasyonu səsvermədə qatılmamışdır. Iranın bu rəftarı əslində Dağlıq Qarabağ problemi ilə bağlı hansı tərəfdə iştirak etdiyini ifadə edir. Ermənistan rəhbərliyi ABŞ və Qərb ölkələrində olan erməni lobisinin köməyi ilə Iran və Qərb arasında vasitəçi olmaq cəhdi içərisindədir. Ermənistan Strateji Araşdırmalar Mərkəzi Başçısı Richard Giragosyan'a görə, İrəvan Tehranın Qərblə münasibətlərində tək vasitəçi ölkə mövqesindədir. (3) Iran, Ermənistan üçün "qonşudan daha yaxın, ən sadiq, ən yaxın dost" olaraq bilinməkdədir. (4) Iran prezidenti Mahmud Əhmədinejadın ötən dekabr ayında İrəvan səfəri zamanı verdiyi mesajlar çox əhəmiyyətlidir. Dünyada heç kimin Iran və Ermənistan arasındakı xəritəni dəyişdirəməyəcəyini söyləyən və ermənilərlə Farsların eyni mədəniyyətin daşıyıcıları olduqları mesajını verən Əhmədinejad (5), Farsların türklərlə əlaqədar söylədiklərini təkrar etmişdir. Farslar türkləri din, erməniləri isə qan qardaşı olaraq tanıyırlar. Bu yanaşma Iranın nədənErmənistanla bu qədər yaxşı əlaqədə olduğunu isbat edir Türkiyə və Iran arasında uzun dövr yaşanan soyuq əlaqələr, AKP iqtidarının bölgəyə istiqamətli xarici siyasətinin əsas qaynağını təşkil edən qonşularla sıfır probləm diplomasisiylə və Ankaranın İsrailə qarşı siyasəti mülayim hala gəldi. Amma son dövrlərdə Türkiyədə qurulması hədəflənən radar bazasının Tehrana qarşı olduğu fikirləri bu iki ölkə arasında qarşılıqlı etimadsızlığa yenidən gətirib çıxarmış oldu. Son günlərdə gündəmi meydana gətirən NATO-nun Suriyəya hərbi müdaxiləsi ehtimalı, müttəfiqi Iranı da asan olmayan bir qərarla qarşı-qarşıya qoyur. Keçən aylarda Suriyə və Iran özlərinə bir hucum anında edəcəkləri tədbirlər açıqladılar. (6) İki ölkənin edəcəyi hərbi hucumların ən əhəmiyyətli hədəflərindən biri Türkiyə olaraq göstərilməkdədir. Suriyəya müdaxilə Türkiyənin iştirakı olmadan reallaşa bilməz. Tehranın razılaşma gərəyi Suriyənın yanında iştirak edəcəyi isə dəqiqdir. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun son Iran səfəri bu etimadsızlığı ortadan qaldırmaq və Tehran rəhbərliyini ölkəsinin bölgədə savaşdən yana olmadığı mövzusunda razı etmək məqsədi daşıyır. Nəticə Azərbaycan və Iran iki müsəlman qonşu ölkə olsalar da, beynəlxalq əlaqələrdə fərqli maraqlarının və istəklərinin olması, Bakı və Tehran arası əlaqələrdə qarşılıqlı etimadsızlığa səbəb olmaqdadır. Hər nə qədər Iran, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını beynəlxalq və bölgəsəl müqavilələrdə vurgulasa da, Ermənistanın Dağlıq Qarabağı işğalına də bir cür dəstək verməkdədir. Azərbaycanın ABŞ və İsraillə yaxın əlaqələrinin olması Iranı məmnun etmir. Bakını zaman zaman İsraillə olan diplomatik əlaqələrindən ötəri tənqid edən Tehran rəhbərliyi, qarşılıqlı olaraq Səfirliklərin açılmasını da rəsmi şəkildə qınamışdır. Iran eyni zamanda şimal-qərbindəki etnik azərbaycanlıların müstəqillik mubarizəsində Qərb dövlətlərin Azərbaycan üzərindən bir siyasət izləməsiylə ölkəsinin parçalanmasına səbəb olacağından narahatlıq edir. Bu səbəblə, Tehran Dağlıq Qarabağ münaqişəsində bilvasitə də olsa Ermənistanın yanında iştirak etməkdədir. Ətrafda Bakı və Tehran arasında bütün sahələri əhatə edən bir əməkdaşlıq mövcud olsa da, bu iki müsəlman qonşu ölkə əlaqələri gözlənilənin miqdarın altındadır. Wikileaks bəlgelerində görülən Azərbaycan Prezidenti İlham Əliyevin Irana qarşı etimadsızlığına dair şərhlər əslində gerçəkləri əks etdirir. (7) Bir teokratik dövlət olaraq adı "Iran İslam Respublikası" olan Iran nədən xristian Ermənistanı dəstəklədiyi sualının cavabını, Tehranın bölgədə güc tarazlıqlarını öz lehinə dəyişdirmək istəyində axtarmaq lazımdır. Bölgədəki ABŞ-ın varlığından narahat olan Iran, eyni zamanda Azərbaycanın siyasi və iqtisadi inkişafından və güclü dövlət olmasından yana deyil. Bütün bunlar Tehranı Rusiya və Ermənistan ilə əməkdaşlıq etməyə sovq verir. Bu birlikdəlik eyni zamanda Cənubi Qafqazda güclü bir Türkiyə-Azərbaycan birliyi təhlükəsinə qarşı da olabilir . Ankara-Tehran arası əlaqələrdə də eyni etimadsızlıq problemi mövcuddur. Hər nə qədər yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər reallaşsa da, iqtisadi və siyasi sahədə sazişlər imzalansa da, real siyasət ölkələrin öz maraqlarını və risklərini nəzərə almasını tələb edir. Əhməd Davudoğlunun Tehran səfərində Malatyada qurulan radar stansiyasının Irana qarşı olmadığı, yalnız müdafiə etmə məqsədli olduğu deyilsə də Iran, bir NATO üzvü olaraq Türkiyəni həmişə özünə qarşı təhlükə yaradacaq bir ölkə olaraq nəzərdən geçirir. Iran Məclis Başçısı Əli Laricani'nin Türkiyədə qurulan radar stansiyasının Müsəlmanlardan yana olmadığı düşüncəsi bunun bir cür isbatıdır. Bölgədə yeni bir savaşın başlaması ehtimalı çox uzaq deyil. Belə bir savaşdə coğrafi mövqeyi səbəbindən Azərbaycanın tərəfsizliyini qoruyacağı dəqiqdir. Hər nə qədər Türkiyə möhkəm diplomatiya cəhdləriylə bölgədə bir savaş təhlükəsini aradan qaldırmaq üçün səy göstərir olsa da, nə Ankara, nə də Tehran bu savaşdən tərəf olmadan çıxa bilməzlər. Bu savaş hər iki dövləti fərqli cəbhələrə tərəf çəkər. Nəticə olaraq bölgədə üç müsəlman qonşu ölkə arası əlaqələrdə xüsusilə Iranın Azərbaycan və Türkiyə ilə səmimi əlaqələr içində olacağı ehtimalı çox zəifdir. Bunun əsas səbəbi isə Bakı və Ankaranın Qərb dövlətlərlə olan əlaqələridir. Haşiyələr (1) Azərbaycan Respublikası ilk dəfə Rusiya İmperiyasının 1917-ci ildə yıxılmasının ardından, 28 May 1918 tarixində müstəqilliyini elan etmişdir. Bu müstəqillik yalnız 23 ay çəkib və 28 Aprel 1920 tarixində Qızıl Ordunun Bakını işğalıyla sona çatmışdır. (2) "Iran Məclis Başçısı: Qarabağ problemi indi beynəlxalq problemə çevrildi", 12 Yanvar, 2012 http://news.am/tur/news/88800.html (3) "Armenia only Country to Mediate Between Iran and West", www.gab-ibn.com/IMG/pdf/Re5-_Armenia_Only_Country_to_Mediate_Between_Iran_and_West_-_Giragosian.pdf (4) «Иран вполне самодостаточная страна: ему не надо ущемлять права армянской общины" http://www.panarmenian.net/rus/world/details/54689/ (5) "Ахмадинежад не видит каких-либо препятствий для развития отношений между Ираном и Арменией", http://regnum.ru/news/polit/1483262.html (6) Иран и Сирия разработали план совместной борьбы против иностранной интервенции, http://regnum.ru/news/polit/1464344.html (7) "Wikileaks Reveals Ilham Aliyev 's Statement on Russia, Iran, Turkey and Armenia", http://azerireport.com/index.php?option=com_content&task=view&id=2500 Elnur İsmayilov köçürən: eldar ovşarlı (uluslararası huquq uzmanı) Geri dön |