Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Gilan vilayətinin məsulları Heyran gədiyini Gilanın milli və təbii sərmayəsi hesab edir!
Gilan vilayətinin məsulları Heyran gədiyini Gilanın milli və təbii sərmayəsi hesab edir! |
Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Son vaxtlar isə Heyran gədiyini Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi mətbuatın gündəminə düşüb və bu məsələ azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olub.
Astaranın icra başçısı Heyran gədiyini Gilanın milli və təbii sərmayəsi olduğunu bildirib. Şəfəqi 3-cü gün jurnalistlərə bildirib: “Heyran gədiyi Gilan vilayətində yerləşən ölkənin cazibəli və görməli nöqtələrindən biridir. Ona görə də Astara şəhəri və Gilan vilayətinin məsulları gözəl Heyran gədiyinin qanunsuz quruculuq işləri ilə korlanmasına icazə verməyəcək.” Təbii mənbələri Gilan əhalisinin əsas sərmayəsi olduğunu bildirən İcra başçısı vurğulayıb ki, “gilanlılar təbii mənbələrin əhəmiyyətini yaxşı bilir və ona görə də bu sahəni necə lazımdırsa mühafizə edir.” Şəfəqi Heyran gədiyində Astara orqanlarının tablosunun qaldırılmasına etiraz edən azərbaycanlı millət vəkilini tənqid edərək bildirib ki, “ölkə bölgüsü ilə bağlı qanunlara görə “Vənəbin” və “Heyran” kəndləri Gilan vilayətində yerləşən Astara kəndləri olub və Astara şəhərinin siyasi-coğrafi hövzəsində yerləşir.” Bildireək ki, keçən günlərdə Ərdəbilin millət vəkili mövzu ilə bağlı belə deyib: “Son günlərdə Astaranın icra başçısının tuneldən o tərəfdə tablo qaldırması qanunsuz hərəkətdir və təbii olaraq bir çox nəticələrə səbəb olub.” Mustafa Əfzəlifərd Ərdəbil Sərmayə yatırımı və məşğulluq şurasının keçirdiyi iclasda əhalinin narazılığını diqqətə çatdıraraq deyib: “İcra başçısının bu əməli ölkə bölgüsünü nəzərə almadan və yalnız ictimaiyyətli narahat etmək məqsədi ilə həyata keçirilib və örtülü şəkildə bir işlər görmək istəyiblər. Lakin biz heç vaxt belə bir qanunsuzluğa vəya bəzilərinin su-istifadəsinə icazə verməyəcəyik.” Ərdəbil, Nir, Nəmin və Səreynin parlamentdəki millət vəkili bu qanunsuz hərəkətə qarşı tədbir almağın gərəkdiyini bildirib və konkret olaraq bəyan edib ki, “biz bir daha belə bir cürətdə bulunmasın deyə Astara icra başçısının qanun çərçivəsində cəzalandırılmasını istəyirik.” Geri dön |