Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi şəxs: Ərdəbilli mütəxəssis həkimin qətl dosyesi açılarsa İranda qalmazsınız
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Rəsmi şəxs: Ərdəbilli mütəxəssis həkimin qətl dosyesi açılarsa İranda qalmazsınız

Rəsmi şəxs: Ərdəbilli mütəxəssis həkimin qətl dosyesi açılarsa İranda qalmazsınız


Xəbər verdiyimiz kimi, iyulun 23-də (mordadın 1-də) Güney Azərbaycanın Ərdəbil şəhərində Onkologiya və xərçəng (sərətan) üzrə məşhur mütəxəssis doktor Əsğər Pirzadə öldürülüb.

Son günlərdə sözügedən qətl hadisəsi ilə bağlı müxtəlif və ziddiyyətli xəbərlər yayılır, yalnız gün keçdikcə bu qətlin rejim tərəfindən törədilməsi ehtimalı artır.

İran Yoxlama Təşkilatının rəisi bu barədə deyib: “Ərdəbilli mütəxəssis həkimin qətl dosyesi gizli saxlanmalıdır, ona görə də ifşa edə bilmərəm. Əgər bu ifşa olarsa çoxları İranda qala bilməyəcək!”
Nasir Serac əlavə edib ki, bir çox sənəd və faktlar vardır, lakin bəzi məsələlərə görə onları bəyan etmək olmaz.”

O sözlərinin davamında bunları deyib: “Yaxşı raportlar əldə olunub, lakin onlar ifşa olarsa ola bilsin ki, cənablar üçün heçnə qalmasın! Bu barədə araşdırmaların nəticəsində iddialar var, lakin qanuni cəhətdən onu açmağa icazəmiz yoxdur və əgər dosyenin bir hissəsi belə açılsa,düşünmürəm ki, bəzi cənablar İranda qalsınlar!”

Xatırladaq ki, son günlərdə şübhəli şəkildə qətlə yetirilən ərdəbilli həkim Əsğər Pirzadə Ərdəbil sularının radioaktiv maddələrlə çirkləndiyini sübut etməyə çalışırdı.

Geri dön