Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Əsir götürülən azərbaycanlı hərbçinin atası danışdı - FOTO
Əsir götürülən azərbaycanlı hərbçinin atası danışdı - FOTO |
Talıb Axundov: “Oğlum heç vaxt könüllü əsir düşməz”
“Məmmədbağır ermənilərə nifrət edirdi, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını istəyirdi. Oğlum heç vaxt ermənilərə könüllü əsir düşməz”. Bunu açıqlamasında Azərbaycan Ordusunun ermənilər tərəfindən əsir götürülən kiçik çavuşu Məmmədbağır Axundzadənin atası Talıb Axundov deyib. T. Axundov oğlunun ötən il dekabrın 7-də məzuniyyətə gəldiyini, məzuniyyəti başa vurandan sonra yenidən hərbi hissəyə qayıtdığını bildirib. Onun sözlərinə görə, ailədə böyük övlad olan Məmmədbağır 2010-cu ilin iyul ayına kimi Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçib: “Sonra isə öz arzusu ilə müddətdən artıq xidmət edən çavuş kimi Tərtərdəki hərbi hissədə xidmətə başladı. Onun könüllü olaraq ermənilər tərəfə keçməsi barədə deyilənlər yalandır. Məmmədbağır Vətənini sevməsəydi, hərbi xidmətini başa vurandan sonra yenindən ordu sıralarına qayıtmazdı”. Atası onu da bildirib ki, oğlunun yanvarın 23-də əsir götürülməsi barədə onlara xidmət etdiyi korpusun komandanlığından məlumat verilib. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. Geri dön |