Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sosial media terrorunun qurbanı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Sosial media terrorunun qurbanı

Sosial media terrorunun qurbanı


Jurnalist Rasim Əliyevin öldürülməsini şiddətlə qınayıram! Öldürən(lər)in ən şiddətli cəzaya məhkum edilməsini tələb edirəm! Bu bir qətldir və dövlət qatil(lər)i mütləq müəyyən etməli, ən şiddətli cəzanı verməlidir ki, jurnalist öldürərək Azərbaycanı rəzil etməyə həvəslənənlər başlarına nə gələcəyini indidən bilsinlər! Bu, öz yerində.

Jurnalistin ölüm xəbərini aldığım andan özümü toparlamağa, emosiyadan uzaq olmağa çalışıram. Götür-qoy edirəm, faktlar toplayıram, fərqli tərəflərə məxsus insanların fikirlərini anlamağa çalışıram.

Hələlik müşahidələrim onu göstərir ki, bu olaya üç baxış var.

Bir tərəf bütün arsenalını işə salaraq “rejimin daha bir jurnalisti öldürdüyünü” təbliğ etməkdədir.

Başqa bir tərəf isə iddia edir ki, bu, sıradan bir cinayət olayıdır və dövlətin atacağı addımları gözləmək lazımdır.

Üçüncü qisim, – ki, ora mən də daxiləm – daha soyuq başla qərar vermək üçün bir qədər geniş araşdırma aparmağın tərəfdarıdır.

Gün ərzində araşdırma apardım. Təbii ki, bu, dərin bir araşdırma deyil. Sadəcə jurnalistin ölümünə səbəb olduğu deyilən hallarla tanış ola bildim.

Facebook-da Rasimin hesabına göz gəzdirdim. Önümə çıxanlar məni daha dərindən düşünməyə sövq etdi. Bəlli oldu ki, hələ iyulun 25-də ona qarşı hədələr olub, bununla bağlı 102-yə zəng edib, dərhal da reaksiya verilib. Deməli, bu həmkarımız daha öncə də bizə bəlli olmayan səbəblərdən hədələnirmiş. Təbii ki, araşdırılmalıdır bu olay.

Geri dön