Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilin millət vəkili: Astaranın icra başçısının sözləri əhali arasında həyəcan yaradıb
Ərdəbilin millət vəkili: Astaranın icra başçısının sözləri əhali arasında həyəcan yaradıb |
Heyran gədiyi gərginliyi davam edir. Ərdəbilin İran parlamentindəki millət vəkili Astara icra başçısının (fərmandar) Heyran gədiyi ilə bağlı verdiyi açıqlamaya reaksiya verib.
Bu barədə Mustafa Əfzəlifərd “Fars” xəbər agentliyinə bunları deyib: “Astara icra başçısının ölçüsüz sözləri gedişata mənfi təsir edib və əhali arasında həyəcana səbəb olub. Bu, ilin –yekdillik və şəfqət- şüarına təmami ilə ziddir və ixtilaf üçün zəmin yaradır.” Millət vəkili əlavə edib ki,“mən bu barədə daxili işlər nazirinə olan sualımı parlamentin idarə heyətinə təqdim edirəm. Nə üçün nazirlik ona tabe olan orqanlara düzgün nəzarət etmir?!” Ərdəbil, Nir, Nəmin və Səreynin millət vəkili sözlərini belə davam etdirib: “Astaranın bir sıra yerli məsulları ölçüsüz və əsassız açıqlamalar veriblər, lakin mən onlara cavab verməyi lazım görmürəm. Ona görə ki, onlar öz təbliğ işlərini gördülər və mənim dediyim sözlərlə onların verdiyi cavabların bir-biri ilə əlaqəsi yoxdur.” Bildirək ki, keçən günlərdə Astaranın icra başçısı Heyran gədiyini Gilanın milli və təbii sərmayəsi olduğunu bildirib. Şəfəqi bu barədə bunbları deyib: “Heyran gədiyi Gilan vilayətində yerləşən ölkənin cazibəli və görməli nöqtələrindən biridir. Ona görə də Astara şəhəri və Gilan vilayətinin məsulları gözəl Heyran gədiyinin qanunsuz quruculuq işləri ilə korlanmasına icazə verməyəcək.” Təbii mənbələri Gilan əhalisinin əsas sərmayəsi olduğunu bildirən İcra başçısı vurğulayıb ki, “gilanlılar təbii mənbələrin əhəmiyyətini yaxşı bilir və ona görə də bu sahəni necə lazımdırsa mühafizə edir.” Xatırladaq ki, Gilan vilayətinin məsulları Ərdəbil vilayətində yerləşən Heyran gədiyini Azərbaycandan qoparın Gilana ilhaq etmək istəyir. Bu təcrübə bundan öncə Güney Azərbaycanda yaşandığına görə, bu məsələyə həssaslıq olduqca yüksəkdir və Azərbaycan Milli Hərəkat fəalları məsələni diqqətlə izləyir. Ölkə və Gilan məsullarının istəyinin tərsinə olaraq Astara əhalisi bu məsələdən narahatdır və onlar vaxtı ilə aid olduqları Ərdəbil vilayətinə ilhaq olmaq istəyir. Geri dön |