Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzərdə müdhiş plan: dünyanın ən hündür binası tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Xəzərdə müdhiş plan: dünyanın ən hündür binası tikiləcək

Xəzərdə müdhiş plan: dünyanın ən hündür binası tikiləcək


Xəzərdə yeni yaşayış və biznes kompleksi – «Khazar Island» layihəsini həyata keçirən «Avesta» konserni burada tikiləcək hündür bina ilə bağlı planlarını dəyişib.

Belə ki, layihə çərçivəsində inşa ediləcək «Azərbaycan qülləsi»nin («Azerbaijan Tower») hündürlüyü 1 kilometrdən artıq olacaq ki, bu da dünyanın ən hündür qülləsi deməkdir. Bu barədə konsernin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.

Qeyd edək ki, bundan əvvəlki eskizlərdə «Azərbaycan qülləsi»nin mərtəbələrinin sayı 185, hündürlüyü 560 metr nəzərdə tutulurdu. Amma sonradan şirkət rəhbərliyi bu layihənin dəyişdirilərək Bakıda dünyanın ən hündür qülləsinin tikilməsini qərara alıb.

İ.Nehrəmlinin sözlərinə görə, yeni binanın hündürlüyü 1 050 metr olacaq. Bununla da «Azerbaijan Tower» ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan «Bürc Xəlifə»dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan «Kingdom Tower» qülləsindən 50 metr hündür olacaq.

Artıq «Avesta» konserninin rəhbərliyi bu binanın tikintisini «Bürc Xəlifə»ni inşa etmiş şirkətlərlə də müzakirə edib. İ.Nehrəmlinin sözlərinə görə, «Azerbaijan Tower»in tikintisinə «Khazar Island» layihəsinin II mərhələsi çərçivəsində başlanacaq və bina 2018-2019-cu illərdə istifadəyə veriləcək.

Geri dön