Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sepah Azərbaycan Milli Hərəkatı ilə bağlı Xamneyinin Ərdəbildəki nümayəndəsinə gizli məktub göndərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sepah Azərbaycan Milli Hərəkatı ilə bağlı Xamneyinin Ərdəbildəki nümayəndəsinə gizli məktub göndərib

Sepah Azərbaycan Milli Hərəkatı ilə bağlı Xamneyinin Ərdəbildəki nümayəndəsinə gizli məktub göndərib


İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) Azərbaycan Milli Hərəkatı ilə bağlı Dini Lider Əli Xamneyinin Ərdəbildəki nümayəndəsinə gizli məktub yazıb. Məktubda “Sepah”ın Milli Hərəkat fəallarının fəaliyyətindən vahiməyə düşdüyü açıq-aydın görünür.
Etibarlı mənbədən GünAz TV mətbuat mərkəzinə göndərilən məktubun surətində məlum olur ki, məktub ötən “21 Azər” ərəfəsində qələmə alınıb.

2014-cü il dekabrın 16-da (1393-cü il azərin 25-də) yazılan məktubun mövzusu “bölücülərin `21 Azər` özəl dərgisi”ndən ibarət olub.

Məktubun şərh hissəsində yazılıb: “Qövmçü ünsürlər “21 Azər” ərəfəsində bildiri paylamaq, elektron dərgisi yaymaq, həmçinin Email, sosial şəbəkələr və qövmçülərə aid saytlar vasitəsi ilə müxatəblərə PDF şəklində material çatdırırlar. Bundan öncə göndərdiyimiz raportlar (quzarişlər) sırasında bu barədə bir daha diqqətinizə çatdırılır ki, cənabınız və sizə tabe olan orqanlar mövzu ilə bağlı tədbir alasınız.”

Təfsir və təhlil hissəsində isə belə yazılıb: “Sosial şəbəkələr və qövmçü saytlarda yayılan məlumatlarda məlum olur ki, bölücü qüvvələr ana dildə təhsil günündə bir etiraz hərəkatı başlatsınlar.”

“Sepah”ın məktubunda aşağıda qeyd etdiyimiz işlər təklif kimi göstərirlir:

1- Yüksək səviyyəli tədbir keçirmək, braşura, özəl dərgi və sənədli materiallar vasitəsi ilə azəri vilayətlərində bölücü ünsürlər gözdən salınsın.

2- Azərilərin yaşadığı məhrum bölgələr, xüsusi ilə də Azərbaycan Cümhuriyyəti sərhəddindəki məntəqələrə baxılsın.

3- Azəri dil və mədəniyyət mərkəzinin yaradılması sürətləndirilsin. Mərkəz universitetin nəzarəti altında olan mütəxəssislər və ustadların idarəçiliyində olsun və öyrəncilərin türk dili və ədəbiyyatına maraq göstərmədiyi xüsusi qabardılsın. Bildirilsin ki, öyrəncilər Təhsil Nazirliyinin elanına rəğmən Təbriz universitetində türk dili və ədəbiyyatına rəğbət göstərmir.

4- “Traxtur” futbol komandasının tərəfdarlarından milli vəhdət uğrunda və bölücülərin əleyhinə istifadə olunsun.

5- Bölücülərlə bağlı azərilərin yaşadığı vilayətlərdə zəncirvari mətbuat orqanları və saytlar yaradılsın.

6- Təşəbbüsü bölücü tərəfdarlarından almaq üçün Türkiyə və Azərbaycan Cümhuriyyətində kəşfiyyat işləri və psixoloji əməliyyatlar artırılsın. Bunun üçün Azərbaycanda talışlar və dinçilərin, Türkiyədə isə ələvilər və kürdlərin potensialından istifadə olunsun.

7- Dövlət rəsmilərinin qövmlərin dili, ənənəsi və s. kimi mövzularda ölçüsüz açıqlamalarının qarşısı alınsınb.

Geri dön