Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı nazir: -4 min nəfər parlament seçkisində namizədliyini irəli sürməyə hazır olduğunu bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı nazir: -4 min nəfər parlament seçkisində namizədliyini irəli sürməyə hazır olduğunu bildirib

İranlı nazir: -4 min nəfər parlament seçkisində namizədliyini irəli sürməyə hazır olduğunu bildirib


İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli avqustun 10-da jurnalistlərə açıqlamasında qarşıdan gələn parlament və Üləma Məclisi seçkilərindən danışıb.
Əbdülrza Rəhmani Fəzli deyib ki, o, 2016-cı ilin əvvəllərində keçiriləcək növbəti parlament seçkisində namizədliyini irəli sürənlər arasında sağlam siyasi rəqabət aparılacağına ümidvardır: “Bu il biz özəl bir şəraitdə parlament və Üləma Məclisi seçkilərinə hazırlaşırıq. Bu günə qədər 4 min nəfər parlament seçkisinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. Onlar müxtəlif tədbirlərə qatılaraq öz namizədliyini irəli sürürlər.

Biz qarşıdan gələn seçkilərdə namizədlər arasında sağlam siyasi rəqabətin aparılacağını proqnizlaşdırır, hər şein yaxşı qurtaracağını ümid edirik. Hesab edirik ki, Daxili İşlər Nazirliyi bu seçkilərin daha sakit və sağlam şəraitdə keçirilməsi üçün indidən tədbir görməli, seçkilərə kənardan hər hansı bir qanunsuz mümkün müdaxilə və təsiri aradan qaldırmalıdır. Seçkilərə elə bir mühit yaradılmalıdır ki, vətəndaşlar tam təhkükəsiz bir şəraitdə ona qatıla bilsinlər.

Ötən dəfəki seçkilərdə namizədlər arasında aparılmış rəqabətlər siyasi baxımdan qarşıdurma və çaxnaşma ilə müşayiət olunsa da, bu dəfə bu kimi hallara yol verilməyəcəyinə çalışacağıq”.

Geri dön