Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: -Amerikalılar deyirlər ki, Urmiya gölünə qıraq yerdən su çatdırılması problemin həll yolu deyil
İran rəsmisi: -Amerikalılar deyirlər ki, Urmiya gölünə qıraq yerdən su çatdırılması problemin həll yolu deyil |
“Urmiya Gölünün Bərpası” qərargahının geologiya komitəsinin rəisi Raziyə Lək avqustun 10-da jurnalistlərə açıqlamasında qurumaqda olan Urmiya gölündən və kənar yerdən ona su daşınmasının mümkünsüzlüyündən danışıb. Raziyə Ləkin Urmiya gölünə kənar yerdən su nəql edilməsinin qeyri mümkün olduğu ilə bağlı bəyanatı, İran parlamentinin deputatı Əli Əlilunun gölə Ermənistan və Gürcüstandan su çatdırılacağı ilə bağlı açıqlamasından bir gün sonraya təsadüf edib. Raziyə Lək deyib ki, ötən ilin iyul ayında 10 nəfərdən ibarət bir iranlı heyət oxşar problem və təcrübələrlə yaxından tanış olmaq üçün Amerika universitetlərinin dəvəti ilə bu ölkəyə səfər edib: “Bu səfər, Amerikanın quraqlıqla üz-üzə qalan əyalətlərində göllərin bərpası yolları və üsulu ilə tanış olmaq məqsədilə baş tutub. Səfərdə İran nümayəndə heyəti Urmiya gölünə oxşar qurumaqda olan dörd gölün vəziyyəti ilə yaxından danışı olub. Amerikalı mütəxəssislər nümayəndə heyətimizə deyiblər ki, Urmiya gölünə qıraq yerdən su çatdırılması problemin həll yolu deyil. Onlar bildiriblər ki, suyun kənar yerdən nəql edilməsi çox baha başa gəlməsi ilə bərabər həm də böyük vaxt tələb edir. Onların dediyinə görə, bu iş həm də digər yerlərdəki suyun da məhvinə gətirib çıxara bilər. Elə buna görə də hesab edirəm ki, indiki şəraitdə hər şeydən çox, su mənbə və qaynaqlarının düzgün idarəsinə önəm verməliyik”. İran parlamentinin deputatı Əli Əlilu avqustun 9-da jurnalistlərə açıqlamasında Urmiya gölünün su ilə təmin olunması üçün hazırlanan yeni bir layihədən danışıb: “Hazırda Urmiya gölünün su həcmi 36 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb. Araşdırılmış və üzərində işlənmiş bir layihəyə görə, Urmiya gölünü qurumaqdan xilas etmək üçün ona su Ermənistan və Gürcüstandan çatdırılacaq. Layihəyə görə, Urmiya gölünün suyu Kür çayından və Ermənistanın Sevan (Göyçə- red.) gölündən təmin ediləcək. Suyun nəqli isə, həmin qaynaqlardan saniyədə 60-dan 80 kubmetrə qədər suyu Urmiya gölünə çatdıran üç pompaj dayanacağı vasitəsi ilə həyata keçiriləcək”. Geri dön |