Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Astaranın gilanlı millət vəkili Heyran gədiyi iddiasında həddini aşdı!
Astaranın gilanlı millət vəkili Heyran gədiyi iddiasında həddini aşdı! |
Güney Azərbaycanın Ərdəbil vilayətində yerləşən “Heyran gədiyi”nin Gilan vilayətinə ilhaq edilməsinə cəhdlər davam edir. Bu barədə Ərdəbil əhalisi və azərbaycanlıların etirazı ilə yanaşı bir sıra yerli məsullar o cümlədən Ərdəbilin millət vəkilləri də sərt etiraz edib. Lakin ölkə rəhbərliyinə arxalanan Gilan vilayətinin məsulları öz iddialarından əl çəkmir və hər gün daha sərt açıqlamalarla çıxış edirlər.
Astaranın gilanlı millət vəkili “Heyran gədiyi”ndən danışarkən Ərdəbil millət vəkillərini təhqir edib. Səfər Nəimi avqustun 10-da (mordadın 19-da) “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda Ərdəbilin millət vəkili Əfzəlifərdin “Heyran gədiyi” ilə bağlı açıqlamasını nifaqa yönəlmiş sözlərin davamı adlandırıb və bu barədə deyib ki, “Ərdəbilin millət vəkilləri Astara limanının mühafizə hövzəsinə müdaxilə edə bilməzlər”. S.Nəimi sözlərini belə davam etdirib: “Ərdəbil millət vəkilləri birliyinin sədri və bu qurumun daha bir üzvünün, Astara Bəxşdarisinin tablosu barəsində dedikləri sözlər uşaqlıq və naşılıqdan başqa heç nə deyil. Bu göstərir ki, o, ölkə bölgüsü və özünün seçildiyi məntəqə barəsində heç bir məlumata malik deyil.” “Vənəbin” tunelindən sonra başlayan əraziləri Gilan vilayətinin mühafizə hövzəsi adlandıran S.Nəimi Mərkəzi Bəxşdari tərəfindən Heyran kəndində qoyulan tablonu təmami ilə qanuna uyğun olduğunu iddia edib. Gilanlı məsul Ərdəbilin millət vəkilinə belə bir xəbərdarlıq da edib: “Ərdəbil millət vəkilləri birliyinin sədrinə tövsiyyə edirəm ki, seçildiyi vilayətin hövzəsini ölkə bölgüsünə əsasən ilk dəfə də olsa mütaliə etsin və cəmiyyətdə ümidsizlik yaradan və nifaqa xidmət edən açıqlamalardan uzaq olsun.” Xatırladaq ki, Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Son vaxtlar isə Heyran gədiyini Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi mətbuatın gündəminə düşüb və bu məsələ azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olub. Geri dön |