Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Barak Obama: İranda keçid dövrü olmalı, həmin mərhələ başa vurulmalıdır
Barak Obama: İranda keçid dövrü olmalı, həmin mərhələ başa vurulmalıdır |
ABŞ prezidenti Barak Obama avqustun 10-da “Mayk” (MİC) saytına müsahibəsində İranın Qərbə, o sıradan da Amerikaya qarşı rəftar və münasibətindən danışıb.
Obama deyib ki, o, İran rəhbərliyinin Qərblə bağlı siyasətində və onların dünyanın digər ölkələrinə yanaşma tərzində dəyişiklik əmələ gəlməsini istəyir: “ Dəfələrlə demişəm ki, İran böyük nemətlərə malik bir ölkədir. İran, həm də qədim mədəniyyətə, bacarıqlı və istedadlı insanlara malik bir ölkədir. Mən isə bu insanlara xeyir və yaxşılıqlar arzulayıram. Hesab edirəm ki, İranın daxilində keçid dövrü olmalı, ölkə həmin mərhələni başa vurmalıdır. Hətta əgər bu keçid tədrici olsa belə. Həmin keçid dövründə başa düşülməlidir ki, İran rəhbərlərinin verdiyi “Amerikaya ölüm” şüarı, onların Xolokostu inkar edərək İsraili təhdid etməsi və bu ölkənin məhv edilməsi məqsədilə terrorçular siyahısında olan “Hizbullah”a silah verməsi və digər bu kimi işlər İranı dünya birliyinin gözündən salır, onu təcrid edir. Mən sizə söz verirəm ki, İran rejimi bu rəftar və siyasətindən əl çəkəcəyi andan, bu ölkə vüsət, istedad və zəngin təbii mənbələrinə görə ən qısa bir zamanda dünyanın gözündə daha böyük bir nüfuz və güc qazanacaq. Ümid edirəm ki, bu baş tutsun. Lakin bu, İran rəhbərliyinin dünyaya qarşı siyasətində, onların digər ölkələrlə, o sıradan da Amerika ilə münasibətdə rəfarında və düşüncə tərzində dəyişiklik edilməsindən asılıdır. Bəlkədə İranın indiki yeni nəsili haçansa bu arzunu gerçəkləşdirə biləcək”. Geri dön |