Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəal təhrif olunmuş adla Əhər prokurorluğuna çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal təhrif olunmuş adla Əhər prokurorluğuna çağırılıb

Azərbaycanlı fəal təhrif olunmuş adla Əhər prokurorluğuna çağırılıb


İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Əsgər Əkbərzadə ifadə vermək üçün Əhər prokurorluğuna çağırılıb.
2013-cü ilin fevral ayında Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən bir mərasimə qatıldığı üçün digər fəallarla birlikdə tutulan və sonradan müvəqqəti azadlığa buraxılan Əsgər Əkbərzadə, yazılı şəkildə prokurorluğa çağırılarkən onun adı təhrif edilərək Əsgər Abbaszadə kimi qeyd edilib. Son vaxtlarda azərbaycanlı fəallara ifadə vermək üçün göndərilən çağırış vərəqələrində onların adlarının bilərəkdən təhrif edilməsi isə İran təhlükəsizlik qurumlarının bu işdən hanı məqsəd güddüyü barədə ciddi nigaranlığa gətirib çıxarıb.

Qeyd edək ki, bundan əvvəl milli zəmində dinc mübarizə apardığına görə həbs edilən tanınmış azərbaycanlı fəal Abbas Lisaninin adı azindanda Abbas Əmani kimi qeydə alınıb. Bu isə onun ailəsinin ciddi narahatlığına səbəb olub.

Geri dön