Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: Urmiya gölü məhv edilsə, kənd təsərrüfatı da məhv ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: Urmiya gölü məhv edilsə, kənd təsərrüfatı da məhv ediləcək

İran rəsmisi: Urmiya gölü məhv edilsə, kənd təsərrüfatı da məhv ediləcək


İranda Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məsumə Ebtikar avqustun 11-də jurnalistlərə açıqlamasında sürətlə qurumaqda olan Urmiya gölündən və bu prosesin sonrakı fəsadlarından danışıb.
Məsumə Ebtikar deyib ki, Urmiya gölünü yenidən bərpa etməkdən başqa çarə qalmayıb: “Urmiya gölünü bərpa etmək layihəsi iranlı mütəxəssislərin və beynəlxalq məşvərətlərin yardımı ilə həyata keçiriləcək. Şübhə yoxdur ki, Urmiya gölü quruyub tamamilə məhv edilsə, artıq əkinçilik və kənd təsərrüfatı da məhv ediləcək.

Aydın məsələdir ki, qurumuş və duz qalağına çevrilmiş bir gölün yanında kənd təsərrüfatı da olmayacaq. Elə buna görə də hesab edirik ki, kənd təsərrüfatı işi ilə məşğul olanlar arasında əkin və sumarma qaydaları dəyişməli, ona bir sıra düzəlişlər edilməlidir”.

Geri dön