Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış azərbaycanlı fəal Abbas Lisani Əhər məhkəməsinə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tanınmış azərbaycanlı fəal Abbas Lisani Əhər məhkəməsinə çağırılıb

Tanınmış azərbaycanlı fəal Abbas Lisani Əhər məhkəməsinə çağırılıb


Xəbər verdiyimiz kimi, keçən günlərdə bir neçə azərbaycanlı milli-mədəni fəal Əhər və Kəleybər məhkəmələrinə çağırılıb.
GAMAC Təşkilatının rəsmi saytı bildirir ki, son məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani də yazılı məktub vasitəsi ilə Əhər məhkəməsinə çağırılıb. Fəalın çağırışına səbəb onun 2014-cü il (hicri-şəmsi təqvimi ilə 1392-ci il) Əhər şəhərində keçirilən Dünya Ana Dili Günü mərasiminə qatılmasıdır.

Əhər məhkəməsinin bu çağırışı o halda baş verir ki, A.Lisani keçən həftələrdə bir illik həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Ərdəbilin mərkəzi zindanına aparılıb. O hazırda həbsxanada məhbus həyatı yaşayır.

Xatırladaq ki, 2014-cü il Dünya Ana Dili Günü mərasimində Əhər şəhərində təxminən 100 nəfər azərbnaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Azərbaycanın müxtəlif bölgələrindən gələn fəallar Dünya Ana Dili Gününü qeyd etmək üçün Əhər fəallarının birinin evində bir araya gəlmişdir. Fəlların bəzisi yaxalanarkən təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalıb və döyülmüşdür.

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal aktiv mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb. Ötən illərdə Beynəlxalq Əfv Təşkilatı, məhbusların hüquqlarının müdafiə qurumu və müxtəlif insan haqları təşkilatları A.Lisani ilə bağlı bəyanatlar yayıb və azərbaycanlı fəalın vəziyyəti ilə bağlı öz nigaranlıqlarını bildiriblər.

Geri dön