Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Komitə sədrinin müavini: Azərbaycanda torpaqların məlumat bankı yaradılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Komitə sədrinin müavini: Azərbaycanda torpaqların məlumat bankı yaradılır

Komitə sədrinin müavini: Azərbaycanda torpaqların məlumat bankı yaradılır


Azərbaycanda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.

Bunu “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin kordinasiyası” mövzusunda keçirilən işgüzar forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı hazırda beynəlxalq təcrübə öyrənilir. O, qeyd etdi ki, artıq sözügedən prosesə beynəlxalq ekspertlər cəlb olunub:

“Bu sistemin tətbiqi Azərbaycan üçün çox yararlıdır. Yəni bu addımın atılması işləri daha rahatlaşdıracaq və sistemli şəkilə salacaq. Ölkə üzrə torpaqların bir mərkəzdən idarə edilməsi, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq. Hesab edirəm ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşmə prosesində rahatlığın, operativliyin və şəffaflığın kifayət qədər artmasına gətirib çıxaracaq”.

Vahid mərkəzdən idarə olunacaq torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsullardan danışan R. Cəlilov bildirdi ki, bütün bunlarla yanaşı, həmçinin yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur: “Torpaqlardan istifadə və onların mühafizəsində dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür. Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində ciddi tədbirlərə start verilib”.

Geri dön