Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Sabah istilər davam edəcək: meteohəssas insanlar diqqətli olsun
Sabah istilər davam edəcək: meteohəssas insanlar diqqətli olsun |
Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən avqustun 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir. Geri dön |